16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Bakıda fermadan "Makarov" oğurlanıb, şübhəli və obyektin sahibi saxlanılıb

Bakıda fermadan "Makarov" oğurlanıb, şübhəli və obyektin sahibi saxlanılıb

Bakıda fermadan "Makarov" oğurlanıb, şübhəli və obyektin sahibi saxlanılıb.

Bu barədə BiG.AZ-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Sabunçu, Yasamal və Qaradağ rayonlarında oğurluqlar etdiyi üçün axtarışda olan əvvəllər məhkum olunmuş Nəriman Vəliyev saxlanılıb. Şəxsin üzərindən "Makarov" tapançası, patron darağı və 15 ədəd patron aşkarlanıb. N.Vəliyev dindirmə zamanı qanunsuz olaraq üzərində daşıdığı odlu silah-sursatı Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən fermadan oğurladığını bildirib.

Bundan sonra həmin fermanın sahibi Azər Hacıyev də saxlanılıb. Ondan əlavə olaraq müvafiq sənədləri olmayan ov tüfəngi və 30 ədəd patron aşkar edilib. A.Hacıyev odlu silah-sursatı bir müddət əvvəl tapdığını, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Faktla bağlı araşdırma aparılır.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница