Понедельник
апр 18

"iPhone" davası, özünə "qamçı" vurduranlar, yaxud millətimizin gedən abrı...

Hər dəfə bəzi "düşük "fanat"ların səviyyəsizliyini görəndə, deyirəm, susum, amma bu dəfə susa bilmirəm...
Azərbaycana bir tanınmış "qələt edib" gələ bilmir. O dəqiqə bəzi "düşük" oğlan və qızlar hücuma keçirlər. Bu dəfə də ənənəyə sadiq qaldılar. Bloqer Hüseyn Həsənov səhv edib, deyib ki, "Park Bulvar"da "iPhone" markalı telefon paylayacaq. Bunu eşidən bəzi "başı boş"lar tez qaçıb ora ki, "amandır, başqalarına telefon verilər, mən qalaram".
Hələ koronavirus bitməyib, bunlar belədir: məsafə yox, maska yox. Sabah yoluxma sayı artsa, deyəcəklər, Çindən gəldi.
Hələ belə bir görüntü də yayılıb: bir şəxs oradaki gəncləri "qamçı" (kəmər) ilə vurur. Bu mənzərə lap atalar sözünü xatırlatdı: "Yaxşı at özünə qamçı vurdurmaz". Atalar bilib də nə deyib. Hüseyn kimdir axı?! Müharibə dönəmində baş verənləri nə tez unutdunuz?! Ölkəsinə, xalqına dəstək olmayan, ermənilərlə dostluq edən Hüseyndir də!
Bu nə görməmişlikdir?! "iPhon"u olmayanlar yaşamır?! Nə vacibdir axı, bir telefona görə bu cür biabırçılıq edəsiniz?! Bu nə səviyyəsizlikdir?! Bu nə hərəkətdir?! Hələ ürəyi gedənləri demirəm!.. Uzanıblar yerə! Görəsən, həmin şəxslər sosial şəbəkədə özlərini görüb utanacaqlar?! Məncə, yox! Utansalar, ora gedib "hoqqa" çıxarmazdılar! Valideynləri də "övladım var" deyir! "Get, iş axtar" desələr, ərindiklərindən evdən çıxmazlar. Amma Hüseyn kimilərə görə sözün əsl mənasında bir birinin "başına çıxıblar". Sizin yerinizə millət niyə utanıb xəcalət çəkməlidir axı?!
Sabah o görüntüləri düşmənlərimiz paylaşıb bizə güləcəklər! Dəhşət! Hörmətli ata-analar! Xahiş edirəm, övladınıza düzgün tərbiyə verin, cahil olmaqdan çəkindirin! Müğənni, aktyor, bloqer görəndə özlərini itirməməyi öyrədin. Onlar gələcəyin anaları, atalarıdırlar. Şəxsən mən elə oğlanla ailə qurmaram, elə qızı da ailəmizə gəlin gətirmək istəmərəm! İnsan gərək özünə hörmət etməyi bacarsın! Çalışın, özünüzə hörmət edin!

Комментарии (0)

Оставить комментарий