16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Sürücülərə CƏRİMƏ xəbərdarlığı: artıq sizi burada da ÇƏKİRLƏR!

Sürücülərə CƏRİMƏ xəbərdarlığı: artıq sizi burada da ÇƏKİRLƏR!
Sürücülərə CƏRİMƏ xəbərdarlığı: artıq sizi burada da ÇƏKİRLƏR!


Bakı yollarında avtomobillərini qanunsuz park edərək tıxaca səbəb olan sürücülərə qarşı mübarizə gücləndirilib.

Nazirlər Kabineti yanından Bakı Nəqliyyat Agentliyindən (BNA) Milli.Az-a verilən məlumata görə, Bakı şəhərində nəqliyyat axınında sıxlığın yaranmasına səbəb olan ən başlıca amillərdən biri avtomobillərin düzgün park edilməməsidir: "Qanunsuz parklama hallarının paytaxt yollarında tıxaclara səbəb olduğu hamıya məlumdur. Bir müddət əvvəl paytaxt küçələrində qanunsuz parklamanın qarşısını almaq üçün parkomat sisteminin tətbiqinə başlanıldı. Müəyyən olunmuş ərazilərdə sürücülər üçün avtomobillərini yalnız bu ərazilərdə park etmələri məqsədilə xüsusi parkomatlar quraşdırılmasına baxmayaraq hələ də qeyri-qanuni yerlərdə parklamalar müşahidə edilir. Bundan əlavə, məlumat üçün bildiririk ki, paytaxtda parkomatlar quraşdırılan, eyni zamanda, avtomobilin saxlanmasını qadağan edən yol işarələri qoyulmuş ərazilər də mövcuddur".

Bununla bağlı olaraq, Bakı Nəqliyyat Agentliyi tərəfindən monitorinqlərə başlanılıb: "Bütün bu proseslərə nəzarət etmək məqsədilə, İNS (intellektual nəqliyyat sistemi) layihəsi çərçivəsində Bakı şəhəri üzrə quraşdırılmış 44 parklamaya nəzarət kameraları bərpa edilib. Bu nəzarət kameraları növbəli iş rejimində olmaqla Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində (NİİM) 12 nəfərlik işçi heyət tərəfindən müşahidə edilir. Gün ərzində işçi qrup tərəfindən aşkarlanan qayda pozuntuları müvafiq cərimə tədbirlərinin görülməsi üçün aidiyyəti qurumlara təqdim edilir. Bununla əlaqədar olaraq, bir daha sürücülərə parklama zamanı daha diqqətli olmaları, avtomobillərini qeyri-qanuni yerlərdə park etməmələri tövsiyə edilir".

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница