16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Ağdaşda qanunsuz fəaliyyət göstərən limonad sexi aşkarladı

Ağdaşda qanunsuz fəaliyyət göstərən limonad sexi aşkarladı
Ağdaşda qanunsuz fəaliyyət göstərən limonad sexi aşkarladı


Ağdaşda qanunsuz fəaliyyət göstərən limonad sexi aşkarlanıb.

BiG.AZ xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin məlumatına əsasən, sözügedən sex Ağdaş rayonu, Xosrov kənd sakini Orucov Yusif Haqverdi oğluna məxsus alkoqolsuz içkilər istehsalı müəssisəsidir.

Əraziyə baxış keçirilərkən qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərən müəssisədə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi müəyyən olunub.

Alkoqolsuz içkilər istehsalı müəssisəsində istehsal məqsədilə istifadə edilən suyun mikrobioloji təmizlənməsi üçün tədbirlərin görülmədiyi, dövri müayinəsinin aparılmadığı, həmçinin istehsal sahəsindəki su axarlarının üzərinin örtülmədiyi aşkar edilib.

Bundan başqa, içkilərin istehsalında natrium benzoat (E211) konservantından, müxtəlif qatqılardan (rəngləyici, dad və aromat gücləndiriciləri) istifadə olunmasına baxmayaraq, etiketdə bu barədə heç bir məlumatın qeyd olunmadığı, qablaşdırmada istifadə olunan plastik (pet) butulkalar və qapaqların isə dezinfeksiya edilmədiyi və müşayiətedici sənədlərinin olmadığı müəyyən edilib.

Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb, araşdırmalar davam etdirilir.

Ağdaşda qanunsuz fəaliyyət göstərən limonad sexi aşkarladı
Ağdaşda qanunsuz fəaliyyət göstərən limonad sexi aşkarladı
Ağdaşda qanunsuz fəaliyyət göstərən limonad sexi aşkarladı
Ağdaşda qanunsuz fəaliyyət göstərən limonad sexi aşkarladı
Ağdaşda qanunsuz fəaliyyət göstərən limonad sexi aşkarladı
Ağdaşda qanunsuz fəaliyyət göstərən limonad sexi aşkarladı
Ağdaşda qanunsuz fəaliyyət göstərən limonad sexi aşkarladı


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница