16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

“Qış parkı”nda sevgilisi ilə əyləşən oğlandan pul aldılar - “Camaatın anası-bacısı var”

“Qış parkı”nda sevgilisi ilə əyləşən oğlandan pul aldılar - “Camaatın anası-bacısı var”
Bakıda parkda sevgililərin səmimi münasibətinə müdaxilə edən gənclər məhkəməlik olublar.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Səxavət Quliyev (soyad şərtidir) və Nicat Məmmədova (soyad şərtidir) hökm oxunub.
Hökmə əsasən, hər iki şəxs səkkiz il müddətinə azadlıqdan məhrum edilib.
2022-ci il aprelin 17-də baş verən hadisənin təfərrüatına gəlincə, Həbib adlı gənc “Qış parkı”nda sevgilisi ilə əyləşən zaman Səxavətlə Nicat onu öz yanlarına çağırıblar. Bu zaman dostlar ondan niyə qızla skamyada səmimi oturduqlarını soruşub və onun bu davranışının ətrafda olan insanlara narahatlıq yaratdığını bildirib.
“Camaatın anası-bacısı olan yerdə, eləcə də Ramazan ayında belə hərəkət etmək olmaz”, - deyə dostlar Həbibə irad tutublar. Bu zaman isə Həbib onlardan üzr istəyib. Nicat isə cavab olaraq: “Pul verdiyin halda üzrxahlığını qəbul edə bilərik”, - deyib.
Skamyanın üzərində bıçağı görən və iki nəfərlə baş edə bilməyəcəyinin fərqinə varan Həbib üzərində olan 240 manatı onlara verib. Lakin Həbibin pulqabında bank kartının da olduğunu görən Səxavətlə Nicat ondan yenə əl çəkməyib və kartda olan pulu da onlara verməsini istəyib. Həbib kartda cəmi 50 manat qaldığını desə də, onlar bankomata yaxınlaşan zaman məbləğin 130 manat olduğunu görüblər və Həbibə Səxavətlə Nicatı aldatdığına görə daha 50 manat “cərimə” kəsiblər. Adıçəkilən şəxslər pulu bankomatdan çıxardıqdan sonra dostların tanışının işlədiyi dönərxanada dönər yeməyə gediblər. Bu zaman Həbib dostuna zəng edərək dönərçinin kartına 50 manat atmasını istəyib. Pulun gəldiyini gördükdən sonra Nicatla Səxavət ondan əl çəkiblər.
470 manat ziyana düşən zərərçəkən şəxs isə oradan uzaqlaşdıqdan sonra polisə məlumat verib. Şikayətdən sonra təqsirləndirilən şəxslər Yasamal RPİ-nin əməkdaşları tərəfindən saxlanılıblar.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница