16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Bakının mərkəzində ərəblərlə "qiymət qıran" azərbaycanlı fahişələrlə bağlı AÇIQLAMA (VİDEO)

Bakının mərkəzində ərəblərlə "qiymət qıran" azərbaycanlı fahişələrlə bağlı AÇIQLAMA (VİDEO)
Bakının mərkəzində ərəblərlə "qiymət qıran" azərbaycanlı fahişələrlə bağlı AÇIQLAMA (VİDEO)


Son illər ərəb turistlərin ölkəmizə axını qədim peşə sahiblərinin biznesini canlandırıb.

Bu məsələ ötən həftədən bəri sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Bakı bulvarından sonra turistlərin ən çox üz tutduğu "Torqovı” kimi tanıdığımız Nizami küçəsi yüngül həyat tərzi keçirən qadınların bazarına çevrilib.

Fahişələrin turistlərlə bazarlığının şahidi olan bəzi sosial şəbəkə istifadəçiləri gördükləri mənzərənin şəkillərini çəkərək paylaşırlar. Emil Əmiraslanov adlı aktiv sosial şəbəkə istifadəçisinin paylaşdığı statusu nümunə kimi təqdim edirik: "Hər axşam şəhərin mərkəzində Azərbaycan "qızları” abırsızcasına ərəblərə yaxınlaşıb özlərini təklif edirlər. Hər axşam dəfələrlə bu mənzərənin şahidi oluram. Tam mərkəz küçədə bir-birilərinin dilini bilməsələr də, əl-qolla qiymət davası gedir. Çox biabırçı vəziyyətdir. Bununla bağlı çəkilişlərim də var”.

Bu tipli çoxsaylı paylaşımlar və bu statuslara yazılan şərhlər vəziyyətin, doğrudan da, ciddi olduğundan xəbər verir.

Şəhər sakinlərinin gözü qarşısında yaşananlar ictimaiyyət tərəfindən narazılıqla qarşılanır. Sakinlər fahişələrin ictimai yerdə heç nədən çəkinməyərək açıq-aşkar fəaliyyət göstərməsində polisləri günahlandırır.

BAKU.WS-in məlumatına görə, məsələ ilə bağlı Oxu.Az Bakı Şəhər Baş Polis İdarəsi ilə əlaqə saxlayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Qalib Arif açıqlamasında polisin hər zaman belə hallarla mübarizə apardığını bildirdi: "Polislərimiz ictimai asayişin qorunmasında hansısa bir mənfi halın baş verməsini gözləmirlər. Hər zaman ayıq-sayıqdırlar. Siz dediyiniz mənfi hala qarşı həmişə mübarizə aparırıq. O istiqamətdə həmişə işlər gedir. Amma bir məsələ də var ki, biz heç bir sübut olmadan heç kimin əlindən tutub deyə bilmərik ki, "Torqovı”da gəzmə və ya dayanma. Turistlərlə ünsiyyətə girməsinə də qadağa qoya bilmərik. Polis belə məsələdə ancaq fakt və sübutlarla hərəkətə keçə bilər”.

Qeyd edək ki, Azərbaycanda fahişəliyə görə inzibati cəza ilə yanaşı, cərimələr də tətbiq edilir. Cinayət Məcəlləsinin 244-cü (Əxlaqsızlıq yuvaları saxlama) maddəsinin 1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) bəndində qeyd olunur ki, bu cinayətlə saxlanılanları 400 saat inzibati cəza və 2500 manatdan 3500 manata qədər cərimə gözləyir.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница