16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

DİM sədrindən valideynlərə çağırış: "Çox səhv yanaşmadır"

DİM sədrindən valideynlərə çağırış: "Çox səhv yanaşmadır"
"İki il bundan əvvəl şagirdin 9-cu sinifdə hansı nəticələri varsa, 2 ildən sonra 11-ci sinifdə də həmin şagird maksimum 40% üstün nəticə göstərə bilər".
BiG.AZ APA-ya istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə XI sinfin buraxılış imtahanlarının nəticələri barədə danışarkən deyib.
Sədr bildirib ki, amma orta hesabla, şagird öz biliklərini 9-cu sinifdən 20% artıra bilər: "9-cu sinfə qədər şagirdlər riyaziyyat fənnini oxumayıbsa, 11-ci sinifdə onların nəticələri yaxşı olmayacaq. Bu ay bizdə bütün 9-cu siniflər imtahan verəcək. Biz bu imtahanların nəticələrini təhlil edəndə biləcəyik ki, iki il sonra bizim 11-cilərimiz hansı nəticəni göstərəcəklər. Kurslar və bəzi müəllimlər valideynlərə vəd verir ki, biz proqramın 70%-ni uşaqların mənimsəməsinə şərait yaradacağıq. Bu çox səhv yanaşmadır. Çünki uşaq 9-cu sinifdə proqramı 20-30% mənimsəyibsə, 11-ci sinifdə bunun 70% olması vədi inandırıcı deyil".


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница