20:37 Azərbaycanlı bloger evinə robot aldı 20:13 Kriptovalyutalar yeni həftəyə ucuzlaşma ilə başladı 20:12 Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ - SON QİYMƏTLƏR 20:11 Yeni ildən Azərbaycanda 3 manat tədavülə buraxılacaq? - RƏSMİ 20:10 Bu bürclər hər söhbətdən düz çıxır 20:09 Məşhur amerikalı yazıçı dünyasını dəyişdi 20:07 Yeni il yarmarkasında yanğınla bağlı təhlükəsizlik tədbirləri görülüb 20:06 2025-ci il üzrə peşə tanınması ilə bağlı son imtahan keçiriləcək 20:04 Uşaqlarda ən gec aşkarlanan təhlükə - Övladı olan hər kəsə XƏBƏRDARLIQ 19:45 Bəzi rayonlarda yollar dumanlı olacaq

Sabah Bakının bu rayonunda qaz olmayacaq

Sabah Bakının bu rayonunda qaz olmayacaq
Sabah Bakının bu rayonunda qaz olmayacaq


İstehlakçıların qaz təminatının yaxşılaşdırılması,təbii qaza olan tələbatın təmin edilməsi və şəbəkənin gücləndirilməsi üçün daxili qaz şəbəkəsində aparılacaq təmir işləri, qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması,həmçinin istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması ilə əlaqədar, nəzərdə tutulmuş təmir işləri aparılacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, görulən işlər zamanı, sabah saat 09:00-dan 17:00-dək Abşeron, Binəqədi, Nizami, Nəsimi, Yasamal və Xəzər rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan işlərin Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, eləcə də Xətai rayonunun Sarayeva,Q.Nəbi, Cavanşir, M.Hadi, S.Ə.Şirvani, Mehmandarov, Şıxlinski küçələrində, Gəncə prospekti və Zığ yolu ərazilərinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Bildirilir ki, görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.

"Azəriqaz" İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница