16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Bakıdakı dəhşətli yol qəzası ilə bağlı YENİ FAKTLAR – Sürücü bu universitetin tələbəsidir

Bakıdakı dəhşətli yol qəzası ilə bağlı YENİ FAKTLAR – Sürücü bu universitetin tələbəsidir

Xəbər verdiyimiz kimi, ötən gün səhər saatlarında hava limanı yolunun Mərdəkan istiqamətində hərəkətdə olan yük avtomobili aeroport yolunda 171 nömrəli sərnişin avtobusuna çırpılıb. Baş verən hadisə nəticəsində 5 nəfər həyatını itirib, 25 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb ki, yaralılardan bəzilərinin vəziyyəti çox ağırdır.
MAY.AZ Publika.az-a istinadən xəbər verir ki, sərnişin avtobusuna çırpılan "Mercedes" markalı, 99 DH 343 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Qobustan rayonunun Ərəbşalbaş kəndindən olan 2002-ci il təvəllüdlü Əzizov Mahmud Babagözəl oğlu Bakı Mühəndislik Universitetinin (keçmiş "Qafqaz") tələbəsidir. 3-cü kurs tələsəbi olan Mahmud gecə saatlarında yaşadığı kənddən yola çıxaraq Bakı şəhərinin Buzovna qəsəbəsinə quru ot gətirirmiş. Belə ki, onun qardaşları Buzovna qəsəbəsində yaşayırlar və iribuynuzlu heyvan saxlayırlar. Bu səbəbdən də o, gecə saatlarında qardaşlarının təsərrüfatı üçün yük gətirib.
Hadisədən dərhal sonra polis tərəfindən saxlanılan Mahmud ilkin ifadəsində gecə yol gəldiyini və bir anlıq yuxuladığını deyib.
Həmçinin məlum olub ki, hadisəni törədən 19 yaşlı oğlan körpə olarkən anasını itirib. Onu və 2 qardaşını məktəbdə idman müəllimi işləyən atası böyüdüb. Ailə kənddə müsbət xarakterizə olunur.
Qeyd edək ki, Mahmud Əzizov hadisədən sonra saxlanılıb və məhkəmə onun həbs edilməsinə qərar verib. Fakta görə Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə iş açılıb.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница