16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Zibil atmaq üçün icazə tələb olunur? - RƏSMİ CAVAB

Zibil atmaq üçün icazə tələb olunur? - RƏSMİ CAVAB
Daxili İşlər Nazirliyi dekabrın 14-dən etibarən tətbiq ediləcək sərt karantin rejimi ilə bağlı bəzi məsələlərə aydınlıq gətirib.
DİN Mətbuat Xidmətindən MAY.AZ-a bildirilib ki, məişət tullantılarının atılması məqsədilə evdən çıxmağa icazə almaq tələb olunmur: "Lakin bu hüquqdan sui-istifadə edilməməli, vətəndaş məişət tullantısını atdıqdan dərhal sonra evinə qayıtmalıdır".
Həmçinin, "icaze.e-gov.az" portalında qeydiyyatdan keçməklə və 8103 nömrəsinə SMS göndərməklə icazə almış şəxs fərdi avtomobilindən istifadə edə bilər. Bunun üçün əlavə icazə almaq tələb olunmur. Lakin müvafiq icazəsi olmayan şəxslərin həmin avtomobildə daşınması yolverilməzdir və hüquqi məsuliyyət yaradır.

"İcaze.e-gov.az" portalında qeydiyyatdan keçməklə, 8103 nömrəsinə SMS göndərməklə və "E-Təbib" mobil tətbiqi vasitəsilə icazə alan şəxslərin Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu arasında avtomobillə hərəkətinə icazə verilir.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница