16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

"O səs"də müzakirə edilən Sevdaya bir gecədə 200 min baxış

"O səs"də müzakirə edilən Sevdaya bir gecədə 200 min baxış
"O səs"də müzakirə edilən Sevdaya bir gecədə 200 min baxış


"O Səs Türkiyə"nin şənbə buraxılışında münsiflər Murad Boz, Seda Sayan və iştirakçı Ayşenur Gülün Əməkdar artist Sevda Ələkbərzadəni müzakirə etməsi sənətçiyə qarşı maraq oyadıb.

MAY.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, M.Bozun Ələkbərzadənin "Ala göz" və "Elə demə" adlı mahnılarını tərifləməsindən sonra sözügedən əsərlərə "Youtube"da baxış sayı sürətlə artıb. Belə ki, "Ala göz" bir neçə ay bundan əvvəl 5 minə yaxın dinlənildiyi halda, hazırkı göstərici təxminən 75 mindir.

"Elə demə" etnik cazz koveri isə iki günə 200 mindən çox baxış toplayıb. Bu diqqət əsərlərə yazılan şərhlərdə də özünü göstərib. Rəy yazanların böyük əksəriyyəti Türkiyə vətəndaşlarıdır.

Əməkdar artist Sevda Ələkbərzadə "Qafqazinfo"ya açıqlama verərək "O səs" də müzakirə olunmasına münasibət bildirib. Məşhur müğənni yeni nəsil üçün məktəb olduğunu qeyd edib:

"Çox xoşdur ki, xarici dövlətlərdə mahnılarıma müraciət edirlər. Çünki sözügedən yarışmada ifa edən xanım azərbaycanlı deyildi. Və bu, ilk dəfə deyil. Mənə bu mövzuda çox məktublar gəlir. Misal üçün, keçən il Londonda başqa bir xanım "Elə demə" mahnısını ifa etmişdi. Məndən "minusovka"nı istədi və həmin qız yarışmaya daxil ola bildi. Demək ki, bu gün mən sadəcə ifaçı deyiləm, yeni nəsil üçün bir məktəbəm. Təkcə Azərbaycan yox, digər xarici ölkələrdə də... İllərim boşa getməyib! Etdiyim layihələr, ifalarım, seçdiyim, özümlə gətirdiyim yol düzgündür. Təbii ki, həmin "O səs"dəki xanımın ifası məndə xoş təəssürat yaratdı. Ona gələcəkdə uğurlar arzu edirəm. Həmçinin həmkarlarımın, Türkiyənin məşhur ulduzlarının barəmdə belə gözəl sözlər deməyi mənim üçün çox xoşdur".

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница