^
U

"Söz atan olsa onu basıb döyərəm"- aktrisa Könül Yusifqızı ilə SƏMİMİ MÜSAHİBƏ


Qalmaqallı açıqlamaları və geyimləri ilə hər zaman müzakirə mövzusu yaradan aparıcı-aktrisa Könül Yusif qızı BiG.AZ-ın suallarını cavablandırıb.

- Geyminə görə tənqid olunan məşhurlardan biri də sizsiniz. Hətta geyiminizə görə televiziyadan uzaqlaşdırılmağınızla bağlı iddialar da səsləndirildi. Bu iddialar nə qədər doğru idi?
- Məndən açıq geyinən aparıcılar var. Bir çox kanallarda hava proqnozunu təqdim edən aparıcılar yarı-çılpaq vəziyyətdə efirə çıxırlar. Ulduzların elə səhnə paltarları var ki, onlar alt paltarsız olur. Bu mənim yeniliyim deyil. Dünya praktikasında ulduzlar moda nümayişləri və səhnələrə alt paltarsız çıxır. Biz böyük ulduzların yanında hələ balacayıq. Bu məsələnin bu qədər şişirtmək lazım deyildi. Təbii ki, bu cür anti-reklamın olmasını istəməzdim. Amma bundan yapışıb ucuzluğa gedib, nələrisə etmək istədilər. İddia etdilər ki, guya mənim “Lider” kanalı ilə münasibətlərim pozulub. Amma elə deyil. O qalmaqalı verilişdən sonra məni həftədə 5 dəfə efirə gedəcək gündüz verilişinə dəvət etdilər. Normal verilişim gedirdi. Sadəcə anam xəstələndi. Anam vəfat edəndən sonra kanaldan ayrılmalı oldum. Yenidən dəvət aldım. Amma özüm istəmədim. Mən istəyirəm ki, öz verilişim, layihələrim olsun. Hazırda bir neçə layihə üzərində çalışıram. Yeni 2 layihəmiz var. Bu layihələrdlə yanaşı layihəmiz var. Bundan əlavə bomba kimi partlayacaq fotosesiyamız da olacaq. Bütün bunları ad günümə kimi reallaşdırmağı düşünürəm.
-Könül xanım, siz həm də aktrisasınız. Bu sahədə fəaliyyətinizi davam etdirmək istəyirsinizmi?
- Mənim İrəvan Dövlət Teatrında və Gənc Tamaşaçılar Teatrında fəaliyyətlərim olub. Hazırda “ARB” kanalında “Dədə malı” serialına çəkilirəm. Amma teatra yenidən qayıtmaq istəyirəm. Teatr üçün çox darıxmışam.

- “Maşın şou”da iştirak etmək istərdinizmi?
- Mən Murad Dadaşovun etdiyi bütün layihələri çox bəyənirəm. Dəvət alsaydım, nə cavab verəcəyimi bilmirəm. Çünki mən çılğın adamam. Söz atan olsa onu basıb döyərəm. Yaxşı ki, Murad məni çağırmayıb. Əvvəl “Maşın şou”nu tez-tez izləyirdim. Lakin son dövrlər işlərin çoxluğundan izləyə bilmirəm. Hazırda Laləni dəstəkləyirəm. Ramal mənim canımdır. Onun mahnılarını çox sevirəm.
- Bu gün bir çox aparıcı və müğənnilərin sponsoru var. Məşhurlaşmaq üçün sponsorun olması vacibdirmi?
- Bu gün sponsorun olması mütləqdir. Avropa və xarici ölkələrdə sponsor görülən işə, layihəyə pul ayırır. Müğənniyə, pul qoymur. Onun səsinə, sənətinə pul verir. Amma bizdə fərqlidir. Bizdə o qədər inkişaf yoxdur ki, müğənni gedib mahnı yazdırsın, ondan pul qazansın. Eləcə də aktrisalar… mən aktrisa olaraq sənətimdən o qədər pul qazanmamışam ki, özümə istədiyim nələrisə edim. Mənə elə gəlir ki, bir çox müsəlman ölkələrində də belədir. Mütləqdir ki, aktrisanın və müğənninin sponsoru olsun. Bu onun sevgilisi, görüşdüyü adam və ya həyat yoldaşı ola bilər. Bizim cəmiyyətdə maşını, qızılı, bahalı geyimi olmayan adama ciddi baxmırlar, sənətini də qəbul etmirlər. Bizim cəmiyyətimizdə insanın sənətinə dəyər vermirlər. Kasıbın gözəl səsi olsa da, qəbul etmirlər. Səsi olmayanın bahalı maşını, bər-bəzəyi olsun, o, bizim cəmiyyət tərəfindən dəyər görəcək.

-Ailə dağıdan məşhurlara münasibətiniz necədir?

- Təməli güclü olan ailə dağılmaz. Kişi qıraqda gəzsə də, ailəsini dağıtmaz. Əgər, o ailənin təməli möhkəm deyilsə, gec-tez dağılacaq. Burada heç bir müğənnin, aparıcının günahı yoxdur. Məncə ailənin özəyi kişidən asılıdır. Keçmişdə də kişilərin qıraqda sevgisi olub. Heç biri də ailəsini dağıtmayıb. Bəlkə atalarımızın da sevgilisi olub. Ailəcanlı insan olduqlarına görə xanımlarına hiss etdirməyiblər.

- Bu gün ər-arvad boşanan zaman bir-birilərinə düşmən olurlar. Hətta uşaqlarını bir-birilərinə göstəmirlər. Qızınıza atası ilə görüşmyə icazə verirsinizmi?
- Qızımın atası ilə biz ayrı-ayrı ölkələrdə yaşayırıq. Biz qızımın atası ilə dostuq. Onunla çox gözəl münasibətləri var. Övladımın atasının yeri hər zaman başımın üstədir. Həyatımda kimsə olsa d,a onun yeri hər zaman ayrı olacaq. O, mənim üçün müqəddəs və ən çox sevdiyim insandır. Çünki o məni ana edib. Təbii ki, istəyərdim həyatımda kimsə olsun. Mənə dayaq dursun. Çünki bizim cəmiyyətdə səhnə insanlarının tək olması bir az çətindir. Biz gözəl və bahalı geyinməliyik. Mənim qazancım bütün istəklərimi qarşılayacaq qədər deyildir.
Bu gün uşağı alət kimi istifadə edirlər. Qadınlar uşaq doğur ki, kişini yanında saxlasın. Anlamırlar ki, kişi sevərsə, ondan olan uşağı da sevər. Hətta başqa kişidən olan övladına da sahib çıxacaq. Bir kişi sevməsə, ondan olan övladını da sevməz. Qadınlarımız evlənib 3-4 uşaq doğur. Əgər kişi pisdirsə, narkomandırsa, niyə 3-4 uşaq dünyaya gətirirsən? Bu absurd fikirdir. Boşanandan sonra da uşağı görməyə icazə vermir. Amma unudurlar ki, uşaqlarının sənədində atalarının adı qeyd olunur. İllər keçəndən sonra uşaqlar atalarını axtarıb tapacaq. Uşaqların yanında atalarını söyürlər. Sənin nə ixtiyarın var ki, sən kişini söyürsən? Cəmiyyətdə bir toplum var ki, onlar xəstədir. Bu gün ictimai qınaq sadəcə qadınlar üçündür. Qadın kısa geyindis,ə hamı onun üzərinə cumur. Qadın kişi ilə görüşər. Həmcinsi ilə görüşən kişilərə heç nə deyilmir. Milli dəyərlər onlar üçün də olmalıdır. Bu gün bir çox ailə uşaqlarını xaricdə oxumağa qoymurlar. “Mən qocalanda mənə baxsın” sözünü anlamıram. Qocalanda baxsın deyə mən uşağımın gələcəyini niyə bağlamalıyam?! Bizim valideynlərimiz çox eqoistdir. Ata övladı ilə görüşməlidir. Uşağın yanında atasını pisləməklə onun psixologiyasını pozurlar. Azərbaycanda niyə intiharlar artır? Özünü asmaq son həddir. Biz də problem analardadır. Uşağa tərbiyəni ana verir. Ana oğluna başa salmalıdır ki, bir qadının qəlbini qırmaq olmaz. Bu məsələdə bizim də üzərimizə bəzi məsuliyyətlər düşür. Maarifləndirici verilişlər demək olar ki, yoxdur. Ancaq şou verlilişlərinə üstünlük veririk. Mənim hazırlayacağım “İnternet-3” layihəm cəmiyyətimiz üçün çox yararlı olacaq.

-Könül xanım bilirik ki, atanız Qarabağ döyüşlərində şəhid olub. Son dövrlər Milli Qəhrəmanlarımız təhqir olunur. Buna münasibətiniz necədir?
- Bu məsələdə günah özümüzdədir. Düzgün maarifləndirmə işləri aparılmır. Ölkəmizdə xeyli sayda seriallar çəkilir. Amma onların heç birində milli qəhrəmanlarımızdan danışılmır. Qardaş Türkiyə öz seriallarında milli qəhrəmanlarımızdan danışır. Ancaq bizdə çəkilən filmlərdə milli qəhrəmanlarımızdan bir dəfə də olsa danışılmır. Niyə bir filmimizdə Mübariz İbrahimovun adını çəkmirik?! Biz sadəcə şəhid verdiyimiz gün ancaq Allah rəhmət eləsin yazmaqla kifayətlənirik. Biz şəhid ailələrin hansını bayramlarda, xoş günlərində ziyarət edirik. Mən sizin vasitənizlə şəhid ailələrinə müraciət edirəm. Şəhid ailələrinin övladlarının toyunu və xınasını pulsuz aparmağa hazıram. Mənim gücüm çatan budur. Xarici ulduzlar müəyyən fondlara pul ayrıllar. Amma bizim məşhurlar neyləyiblər? Məncə şəhidi və ya Milli Qəhrəmanı söyməyin özü əxlaqsızlıqdır. Mənim qısa geyinməyim, qadının kişi ilə görüşməsi əxlaqsızlıq deyil. Bu mənim və ya digərinin seçimidir. Biz kimik ki, insanları mühakimə edək. Dövləti üçün canından keçən insanları təhqir etmək bu tərbiyəsizlikdir. İstərdim ki, bu cür şəxslər böyük məbləğdə cərmələnsin. Təbliğat bağça və məktəbdən başlayır. Heç bir təhsil ocağında təbliğat aparılmır. Ancaq Xocalı soyqırımı və 20 yanvarla kifayətlənmək ağılsızlıqdır. Kimsə atam barəsində nəsə söyləsə, mən özümə cavabdeh deyiləm. Eləcə də atamın timsalında digər şəhidlərimiz barəsində kimsə yanımda bir söz desə, ona neyləyəcəmi özüm də bilmirəm. Mən onu boğa bilərəm. Məhz buna görə də mən sosial şəbəkələrdə atam barəsində heç nə paylaşmıram.
-Könül xanım, gələcək planlarınız nələrdir?
-Gələcək planlarım çoxdur. Sadəcə maddi dəstək lazımdır. Həyata keçirmək istədiyim layihələrim düşünürəm ki, cəmiyyətimiz üçün çox yararlı olacaq.
- Yenidən ailə qurmağı düşünürsünüzmü?
- Mən çox konservativ ailədə böyümüşəm. O qədər qapalı ailə olmuşuq ki, bəlkə də ona görə bu gün “haykırıram”. Əlbəttə istərdim ki, gözəl ailəm olsun. Amma qızım var. Mən qızımı başqa kişinin yanında böyütmək məsələsində həssasam. Bəlkəd ə gələcəkdə həyatımda elə insan olacaq ki, mən ona etibar edə bilərəm. Mənim həyatımda olacaq insan qızıma da sahib çıxmalıdır. Bir qadının həyatında kişinin olması vacibdir. Əlbəttə, həmin kişi kimsə olmamalıdır. Həyatımda olacaq kişi o qədər güclü olmaldır ki, yanımda əzilməsin.

-Qızınız hansı ixtisası seçməsini istərdiniz?
- Mən uşaq olan zaman tez-tez rayona gedərdik. Orada mən dedim ki, mən aktrisa-aparıcı olmaq istəyirəm. Amma mənə güldülər. Mənə dedilər ki, sən ekrana yerləşməyəcəksən. O zaman mən kök idim. Mən 8-ci sinifdə oxuyan zaman atam şəhid olub. Uşaqlıqda atam hansı sənəti istəyirdimsə onu da dəstəkləyirdi. Atama aktrisa-aparıcı olmaq istədiyimi deyən zaman o məni dəstəklədiyini söylədi. Ancaq anam buna qarşı idi. Atam öləndən sonra məni çox qınadılar. Atamla anam çox fərqli düşüncələyə malik insanlar idi. Atam çox müasir, anam isə rayon düşüncəsində olub. Mən böyük qırğınlarla qarşılaşdım. 1995-ci ildə AzTv-də Çingiz və Rəhman səhnəciklər hazırlayırdı. Mən o zaman birinci kursda oxuyurdum. Qısa ətək geyinib həmin səhnəcikdə çəkildim. Evə gələndə televizoru söndürdüm ki, anam məni görməsin. Amma düşünmürdüm ki, artıq hamı görüb. Bütün qohumlarımız bizə tökülüşüb gəldi. Dayım oğlu məni döyüb, ətəyimi da cırıb eyvandan tulladı. Bütün nəsil məni döydü. Anam da mənim tərəfimi tutmadı. Universitetə sənət verəndə də mənə zorla "Kulturologiya" fakültəsini seçdirdilər. Amma mən bu gün uşaqlıq arzuma çatmışam. Qızım hansı sənəti seçsə, onun arxasındayam.

-Könül xanın, bəzi məşhurlar sosial şəbəkələrdə tənqid və ya təhqir olunurlar. Bəzən sizi də sosial şəbəkələrdə tənqid edirlər.
- Bu gün bir çoxları sosial şəbəkədə kişilikdən dəm vururlar. Müğənilərin aktrisaların sosial şəbəkədəki səhfələrində ağızlarına gələni yazırlar. Bir çoxları Bayram Nurlu kimilərini qınayırlar. Yeri gələndə onlar özlərinə kişi deyənlərdən qatbaqat qeyrətlidir. Qadınların üzərinə niyə bu qədər gəlirlər?! Kişilikdən dəm vuranların hansı ehtiyacı olan qadınlara təmənnasız bir şey edib? Əlbəttə heç biri.
- Könül xanım, son bir ayda xeyli çəki atmısınız. Bunun sirini bilmək olarmı?
-Dodaqlarımda suni dolğu var idi. Onu çıxartdırdım. Bir az yaş keçdikcə arıqlamaq çətin olur. Son zamanlar mən evə qapandığıma görə kökəldim. Artıq çəkimi ata bilmirdim. Ona görə liposaksiya və bədən şəkilləndirmə etdirdim. Artıq piyləri çıxartdırdım. Əməliyyatın birinci həftəsində o qədər oynamışdım ki, tikişlərim sökülmüşdü. Artıq çəki özümə güvəni azaltmışdı. Ürəyim istəyən paltarı geyinə bilmirdim. Həkimlərin sayəsində formama geri qayıtdım. 10 kiloqram arıqladım. Əməliyyata girən zaman 85 kilo idim. Bu gün 75 kiloqramam. 65 kiloqrama kimi arıqlamaq istəyirəm. Bu gün hər kəs əməliyyat etdirir. Bu gün kişilər gedib özünə “popo böyütmə” əməliyyatı etdirir. Xanımlar, hər zaman gözəlliyinizə diqqət yetirin. Ehtiyac olarsa, əməliyyat da etdirin. Çalışın hər yaşda gözəl görünün.

Aysel Yusifqızı
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Şou-biznes Oxunub: 1 071 Tarix: 17-10-2019, 11:56
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az