16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Naibə Allahverdiyeva ərə gedir

Naibə Allahverdiyeva ərə gedir
Naibə Allahverdiyeva ərə gedir


Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist Naibə Allahverdiyeva ailə həyatı qurmağa hazırlaşır.

May.Az AzNews.az-a istinadən xəbər verir ki, bu barədə aktrisa özü məlumat verib. N.Allahverdiyeva hazırda böyük eşq yaşadığını qeyd edib:

"Həyatımda bir kişi var, onu həddən çox sevirəm. Qadını gözəl edən sevgidir, məhəbbət ölüm kimi bir şeydir. O nə yaşa, nə zamana baxır, gözləmədiyin bir anda gəlir. Özümü xoşbəxt qadın sayıram. Bu günə kimi xoşbəxtliyin nə olduğunu bilməmişəm. Amma sən demə qadın üçün pul, var-dövlət, ad-san boş şeymiş. Qadın mütləq sevməlidir. Bir qadın sevirsə, deməli yaşayır”.

N.Allahverdiyeva bildirib ki, sevdiyi şəxs incəsənət adamı deyil:

"Sevdiyim kişi incəsənət adamı deyil, amma mənimlə dərindən maraqlanır və məni bir aktrisa kimi dəyərləndirir. Mənim şöhrətim də olub, az-çox pul da qazanmışam. Amma xoşbəxt olmamışam. Əsas odur ki, o şəxs ürəyimcə olan insandır. Xoşbəxtəm ki, onu sevirəm”.

Sonda aktrisa "toy gözlənilirmi? ” - sualına "inşallah” deyə, cavab verib.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница