16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

"Atamın kim olduğunu bilmirlər" - Hacıbaba Bağırovun qızı

"Atamın kim olduğunu bilmirlər" - Hacıbaba Bağırovun qızı

"Hacıbaba Bağırovun qızı olmaq böyük qürur hissidir. İnsanların atamın sənətinə verdiyi dəyəri görmək məni xoşbəxt edir. Atamın çəkildiyi kinolara baxanda çox duyğulanıram. Bu, əslində mənim üçün bir az çətin olur. Buna görə də bir o qədər də baxa bilmirəm".

Axşam.az xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Hacıbaba Bağırovun qızı Şölə Bağırova "ASAN TV"yə müsahibəsində deyib. O, hazırda Türkiyədə təhsil aldığını bildirirb:

"Hazırda Türiyədə Hacettepe Universitetində "Siyasi elmlər və dövlət idarəçiliyi" ixtisası üzrə təhsilimi bitimək üzərəyəm. Əsas arzum gələcəkdə siyasətlə daha yaxında məşğul olmaq və cəmiyyətimizə fayda verməkdir. Baxmayaraq ki, uşaqlıqdan ingilis, fransız dilini öyrənib, məktəbi rus dilində bitirib, daha sonra təhsilimi ərəb dili ilə davam etmişəm, hələ də üzərimdə işləməyə çalışıram. Çünki bu, siyasətdə mənə çox lazım olacaq.

Şölə yaxınlarına H.Bağırovun qızı olduğunu demədiyini, bunun böyük məsuliyyət olduğunu vurğulayıb:

"Rəfiqələrim, dostlarım atamın kim olduğunu bilmirlər. Bəzən mənim müsahibələrimi görüb təəccüblənirlər. İlk sual bu olur ki, "Bizə niyə deməmisən". Amma bu, eyni zamanda bir məsuliyyətdir. Daim ona layiq olmağa çalışıram".

Qeyd edək ki, Hacıbaba Bağırov 2006-ci ildə 74 yaşında onikibarmaq bağırsağın iltihabından vəfat edib.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница