16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Məşhur "Çarəsiz evdar qadınlar"ın yaradıcısından açıqlama: Serialın davamı olacaq?

Məşhur "Çarəsiz evdar qadınlar"ın yaradıcısından açıqlama: Serialın davamı olacaq?

ABŞ-nin məşhur "Çarəsiz evdar qadınlar" ("Desperate Housewives") serialının yaradıcısı və "şouranner"i (icraçı prodüser kimi xidmət edən, layihənin ümumi istiqamətinə və inkişafına cavabdeh olan şəxs. "Şouranner" adətən ssenarist, icraçı prodüser və ssenarilərin redaktoru vəzifələrini birləşdirir - red.) Mark Çerri 20 il sonra bəyan edib ki, prikvel (orijinal əsərdə baş verənlərdən daha əvvəl olan hadisələri təsvir edən, amma orijinal əsərdən sonra çıxan sənət əsəri - red.) çəkməyə hazırdır.

Bu barədə Oxu.Az "Daily.afisha.ru"ya istinadən xəbər verir.

"Mən yəqin ki, bu ideyanı bəlkə də daha əvvəlki onillikdə həyata keçirmək istərdim. Çünki ən çox darıxdığım personaj Visteriya Leyn küçəsidir. Bu, televiziya tarixində ən əyləncəli çəkiliş meydançası idi, çünki bütün küçə bizə məxsus idi", - deyə o bildirib.

Mark Çerrinin sözlərinə görə, o bu küçəni beş barmağı kimi bilir və kimsə orada reklam çəkəndə dərhal tanıyır. "Şouranner" qeyd edib ki, bu lokasiya üçün ssenari yazmaq maraqlı idi və o, hərdən hadisələrin 1966-cı ildə cərəyan edəcəyi prikvel çəkmək üzərində düşünür.

Çerri əlavə edib ki, təxminən 70 min adam ondan yeni çəkiliş barəsində soruşub.

"Mənim bir neçə ideyam var ki, bunu necə etmək olar", - deyə o əlavə edib.

Qeyd edək ki, "Çarəsiz evdar qadınlar" serialı Visteriya Leyn küçəsinin sakinlərinin qonşuları "Meri Elis Yanq"ın intiharından sonra qaranlıq sirlərindən danışır. Baş rollarda Teri Hetçer, Yeva Lonqoriya, Felisiti Haffman, Marsiya Kross və Nikolett Şeridan çəkiliblər.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница