16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Bakılı ərindən boşanan Alsu yeni romantik görüşlərə açıq olduğunu bildirib

Bakılı ərindən boşanan Alsu yeni romantik görüşlərə açıq olduğunu bildirib

İş adamı əslən Bakıdan olan Yan Abramovdan ayrılan məşhur rusiyalı müğənni Alsu gələcək planları haqqında danışıb.

Oxu.Az xəbər verir ki, müğənninin açıqlamasını "Super.ru" "Telegram" kanalı dərc edib.

Sənətçi qızlıq soyadına qayıtmayacağını vurğulayıb:

"Pasportumdakı soyad Abramova olaraq qalır, onu dəyişməmişəm, övladlarımla fərqli soyadı daşımaq istəmirəm".

Alsu yeni romantik münasibətlərə açıq olduğuna da işarə edib.

Sənətçidən studiyada mahnı yazdırmaq, yoxsa sevdiyi şəxslə görüşmək arasında seçim etmək şansı verilərsə, hansına üstünlük verəcəyi soruşulub.

Alsu deyib ki, sevdiyi şəxslə görüşməyə daha çox üstünlük verər.

Məşhur müğənni əlavə edib ki, həyat 40 yaşdan sonra başlayır və baş verən hadisələr də onun əzmini sındıra bilməyib.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница