16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Eminem baba olmağa hazırlaşır: Yeni klipdə təsirli etiraf

Eminem baba olmağa hazırlaşır: Yeni klipdə təsirli etiraf

Əfsanəvi reper Eminem tezliklə baba olacağını açıqlayıb. O, sevindirici xəbəri pərəstişkarlarına maraqlı üsulla - "Temporary" mahnısına çəkilmiş kliplə elan edib.

Oxu.Az-ın verdiyi məlumata görə, arxiv materiallarından hazırlanmış təsirli videoda Eminemin qızı Heyli Ceyd Skottun böyüməsi nümayiş etdirilir. Klipdə, həmçinin qızın atasına hamiləliyi barədə xəbər verdiyi an da yer alır; o, atasına "Nömrə 1 Baba" yazılmış köynək hədiyyə edir və USM şəklini göstərir.

Qeyd edək ki, Heyli Ceyd Skot sevgilisi Evan Makklintokla may ayında evlənib. 2016-cı ildən bəri görüşən cütlük kollecdə oxuyarkən tanış olmuşdular. Heyli psixologiya, sevgilisi isə iqtisadiyyatı oxuyub.

"Temporary" mahnısı reperin yeni "The Death of Slim Shady" albomunda uşaqlarına həsr olunmuş iki mahnıdan biridir. Digər "Somebody Save Me" mahnısında musiqiçi Heyli və qardaşı uşaqlarından narkotik və alkoqol asılılığına görə üzr istəyir, bu səbəbdən onların uşaqlıq və gəncliyinin bir çox vacib anlarını qaçırdığı üçün təəssüfünü bildirir.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница