16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Tanınmış aparıcıya vəzifə verildi

Tanınmış aparıcıya vəzifə verildi

Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanın nümayəndə heyətinin rəhbəri dəyişib.

Bu barədə "Qafqazinfo"ya İctimai Televiziya və Radio Yayımları Şirkətindən məlumat verilib.

Qeyd olunub ki, nümayəndə heyətinin yeni rəhbəri vəzifəsinə tanınmış aparıcı, hazırda "Avroviziya"da Azərbaycan nümayəndə heyətinin mətbuat xidmətinin rəhbəri Nurlana Cəfərova təyin olunub.

Məlumat üçün qeyd edək ki, Nurlana Cəfərova 2006-cı ildən televiziya və radio sahəsində fəaliyyət göstərir. Əvvəllər o, 2014-2016-cı illərdə 106 FM radiosunun direktoru, 2017-2020-ci illər ərzində Azərbaycan Televiziyasının Musiqi və Əyləncəli proqramlar redaksiyasının baş redaktoru vəzifələrində, daha sonra İctimai Televizyada aparıcı vəzifəsində çalışıb.

Digər dəyişikliyə əsasən, İctimai TV-nin Beynəlxalq Əlaqələr Departamentinin direktoru Maksim Tsurkova yeni səlahiyyət verilib. Belə ki o, həm də Avroviziya layihəsi üzrə Şirkətin Baş Direktorunun müşaviri vəzifəsini icra edəcək.

Tanınmış aparıcıya vəzifə verildi



Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница