16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Milyonlarla kişinin qəlbini fəth edən qadın: Monika Belluççi doğum gününü qeyd edir

Milyonlarla kişinin qəlbini fəth edən qadın: Monika Belluççi doğum gününü qeyd edir

Məşhur italiyalı aktrisa və model, milyonlarla kişinin qəlbini fəth edən Monika Belluççinin 60 yaşı tamam olur.

Bu barədə Oxu.Az Mir24.tv-yə istinadən xəbər verir.

Məlumata görə, "Malena" filminin baş qəhrəmanının hekayəsi Monika Belluççinin özünün tərcümeyi-halına bənzəyir. Aktrisa kiçik Çita-di-Kastello şəhərində kasıb ailədə anadan olub. Hüquqşünas olmaq istəyən Monika təhsil üçün pul yığmaq məqsədilə ofisiant işləyib. Lakin şəhəri tərk etmək məcburiyyətində qalıb.

Monika Belluççi əvvəlcə Perucaya, sonra Milana gedib və orada model olub. Parlaq görünüşü sayəsində tez bir zamanda uğur qazanıb. "Valentino", "Dolce and Gabana" və "Cartier" kimi moda evləri onunla müqavilə bağlayıblar. Belluççinin yer aldığı reklam çarxları sensasiya yaradıb.

O, 1990-cı ildə kinoda debüt edib. Üstəlik, o, italyan, ingilis, fransız dillərini mükəmməl bilir. Aktrisaya ilk kino mükafatlarını "Mənzil" melodramı gətirib.

Elə orada, çəkiliş meydançasında Monika Belluççi gələcək həyat yoldaşı, aktyor Vinsent Kassellə tanış olub. Sonra onlar bir çox filmlərdə birlikdə rol alıblar.

Eyni zamanda, yaşa dolduqca onun "füsunkar qadın" ampluası dəyişməyib. Təxminən 40 yaşında Monika Belluççi "Asteriks və Obeliks" filmində Kleopatra obrazını canlandırıb. "Matriks" kult trilogiyasında rol alır. 50 yaşında isə ona Ceyms Bondun sevgilisini oynamaq təklif edilib. Halbuki aktrisa gəncliyində heç fitneslə belə məşğul olmayıb.

60 yaşında olan Monika Belluççinin bütün dünyada milyonlarla pərəstişkarı var və onu hələ də dünyanın ən gözəl qadını hesab edirlər.

Milyonlarla kişinin qəlbini fəth edən qadın: Monika Belluççi doğum gününü qeyd edir



Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница