16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Həyat yoldaşı azadlığa buraxılan kimi "Enerci" mahnısı ilə video paylaşdı

Həyat yoldaşı azadlığa buraxılan kimi "Enerci" mahnısı ilə video paylaşdı

Xəbər verdiyimiz kimi, çirkli pulların yuyulması və vergidən yayınmada ittiham olunan türk fenomen Dilan Polatın ardından həyat yoldaşı Engin Polat da azadlığa buraxılıb.

Axşam.az-ın məlumatına görə, Dilan sosial media hesabında bununla bağlı paylaşım edib. O, məşhur "Enerci" mahnısı sədaları altında rəqs edib.

Qeyd edək ki, cütlük həbsdən əvvəl də bu mahnı ilə gündəmə gəlirdi. Onlar bir çox videolarını bu mahnı ilə paylaşırdı.

Türkiyədə keçirilən əməliyyatlar çərçivəsində ötən il noyabrın 1-də fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılıb.

Onlar çirkli pulların yuyulmasında ittiham olunur. Məhkəmə Dilanın istintaq müddəti üçün sərbəst buraxılmasına qərar verib. Məhkəmənin digər bir qərarı ilə 4 şübhəli - Engin Polat, Sezgin Polat, Alper Kürşat Polat və mühasib Ahmet Gün də azadlığa buraxılıb.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница