16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

"Sənədsiz" oxuyanlar: "Heç kim adamlara əmr verə bilməz"

"Sənədsiz" oxuyanlar: "Heç kim adamlara əmr verə bilməz"

Azərbaycanda müğənnilik sənəti ilə məşğul olanların sayında son vaxtlar kəskin artım müşahidə olunur. Lakin keyfiyyət baxımından vəziyyət heç də ürəkaçan deyil. Ölkədə kifayət qədər istedadlı və peşəkar müğənnilər olsa da, zövqümüzü köhnə ritmlər, retro mahnılar oxşayır. Yeni hitlər qəhətə çıxıb. Amma restoranlarda, demək olar, hər gün bir müğənni peyda olur.

Maraqlıdır, müğənnilik sənətini təsdiq edən sənəd varmı? Yaxud da iaşə obyektlərində çıxış etmək üçün müqavilə bağlayarkən onlardan hansı sənədlər tələb olunur?

Xalq artisti, müğənni Flora Kərimova bu mövzu ilə bağlı fikirlərini Oxu.Az-la bölüşüb. O qeyd edib ki, yaxşı və ya pis ifanı dinləyici özü seçməlidir və heç kim ona bu işdə əmr verə bilməz:

"Sənədsiz" oxuyanlar: "Heç kim adamlara əmr verə bilməz"

"Keyfiyyətsiz müğənnilərin məşhurlaşmasında TV kanallarının böyük rolu var. Sənəti öz mənfəətlərinə qurban verirlər. Savadsız, istedadsız adamları reklam edərək onlardan çox böyük miqdarda pul alırlar. Təbliğat düzgün aparılsa, səhnədə keyfiyyətli müğənnilər yer alar.

Restoranlarda ifa edən bayağı müğənnilərin də bacarığı budur, ailələrinə çörək qazanırlar. Mən çıxışımla onları gözdən salsam, Allaha qarşı çıxmış olaram. Mənim peşəmin səviyyəsini elə müğənnilərdən tələb etmək doğru deyil".

Maraqlıdır ki, sovet dönəmində müğənnilərə xüsusi sənəd verilirmiş və onlar kateqoriyalara bölünürmüşlər. Flora Kərimova da gəncliyində belə bir sənəd alıb:

"Bizə dövlət qurumu o sənədi vermişdi. Kateqoriyalar var idi: birinci, ikinci və üçüncü. Həmin vaxtlar tanışlıq işə yarayırdı deyə ağzını aça bilməyən, musiqidən anlayışı olmayan zəif müğənnilər daha yuxarı kateqoriyada yer alırdılar. Ancaq məni illərlə yuxarı kateqoriyadan uzaq tutdular. Ən yüksək qrupda yer alan müğənni bir ifaya görə 160 manat 50 qəpik alırdı. O vaxtlar məni səhnədən çıxarırdılar, qadağa qoyurdular. Çörəklərinə bais olmamaq üçün ağzımı aça bilmirdim".

Bu gün isə vəziyyət daha fərqlidir. Mədəniyyət Nazirliyindən Oxu.Az-a verilə məlumata görə, hazırda müğənnilərə hansısa xüsusi sənəd verilmir:

"Azərbaycan Milli Konservatoriyasının və Bakı Musiqi Akademiyasının tələbələrinin diplomları rəsmi sənəddir. Nazirlik bütün oxuyanlara nəzarət edib sənəd təqdim edə bilməz. Dinləyici özü seçim edir".

Aqil Vəlili



Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница