16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Puqaçova ailəsi ilə bu ölkəyə köçür

Puqaçova ailəsi ilə bu ölkəyə köçür

Rusiyanın Xalq artisti Alla Puqaçova yaxın günlərdə Yurmalaya gedəcək.

Axşam.az xəbər verir ki, müğənninin keçmiş işçiləri rus mediasına bununla bağlı açıqlama veriblər.

"Alla bir neçə gündən sonra - həftə sonundan sonra Yurmalada olacaq. Orada artıq onun üçün mənzil hazırlayıblar, kirayə götürdükləri evi təmizləyiblər. Əsas odur ki, artıq evdə təkcə video müşahidə yox, həm də mühafizə olacaq" deyə, bildirilib.

Əvvəlcə Puqaçova övladları (10 yaşlı əkizlər Yelizaveta və Harri Qalkin) ilə gedəcək, onun xarici agent əri daha sonra ailəyə qoşulacaq. Bundan əlavə Puqaçova ailəsi ilə birlikdə yaşadıqları və getdikləri yerləri gizli saxlamağa çalışırlar. Onlar bir ölkədə olduqları halda, başqa bir yerdən görüntülər yayımlayırlar.

Puqaçova və ailəsi avqustun ikinci ongünlüyünə qədər Baltikyanı ölkələrdə qalacaqlar. Maksim Qalkin bir neçə yerdə olacağı üçün avqustun 16-na kimi konsertdə olacaq. Yurmalada onun konsertinə ən ucuz bilet 100 avroya satılıb.

Puqaçova və əri Kiprdə Limassolda Aralıq dənizi sahillərində yerləşən elit yaşayış kompleksində təxminən bir milyard rubl dəyərində bir mənzilə sahibdirlər. Bu alqı-satqı altı il əvvəl edilib, bundan sonra ailə Kipr pasportlarını alıb.





Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница