16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

"Havalanıram..." - həyat yoldaşının ölümü ilə barışa bilməyən Gülbahar

"Havalanıram..." - həyat yoldaşının ölümü ilə barışa bilməyən Gülbahar
"Havalanıram..." - həyat yoldaşının ölümü ilə barışa bilməyən Gülbahar


Əməkdar artist Gülbahar Şükürlü dünyasını dəyişən həyat yoldaşı Zahiddən yazıb.

BAKU.WS-in məlumatına görə, birlikdə fotosunu paylaşan sənətçi bunları qeyd edib:

"Zahid başımın tacı. Hamı mənə deyir ki, sən çox güclüsən, dözümlü ol. Bacarmıram. Sən mənim yanımda olanda güclü idim. Gözüm səni axtarır, səsin qulağımdan getmir. Sən niyə belə vəfasız oldun? Sənin yoxluğun bizi elə yandırır ki, ay Zahid. Hamı sənə görə mənə başsağlığı verəndə çaşıb qalıram, havalanıram, söz tapmıram. Əzizim, dünyamın işığı, həyatda ən gözəl günlərimin səbəbkarı, gözümün nuru, övladlarımın qayğıkeş atası, nəvələrimin sevimli babası, Allah sənə rəhmət eləsin. Ruhun şad olsun, rahat yat, yatdığın yerdən inciməyəsən. Yerin cənnətlik olsun, ay gözəl insan, saf ürəyinə qurban olaram. Zahid, sən məndən uzaqlaşsan da, bil ki, mən sənə yaxınlaşıram, ay başımın tacı".

Xatırladaq ki, Əməkdar artist Gülbahar Şükürlünün həyat yoldaşı ötən il dekabrın 21-də dünyasını dəyişib. Mərhumun 61 yaşı var idi.

"Havalanıram..." - həyat yoldaşının ölümü ilə barışa bilməyən Gülbahar


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница