16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Röya Aygünün klipini primitiv adlandırdı

Röya Aygünün klipini primitiv adlandırdı

Son günlər yaranan situasiyalar gərginliyi pik həddinə çatdırıb. Bir mahnını böluşə bilməyən sənətçi xanımlar bir-birinin ünvanlarına kəskin ifadələr səsləndirirlər.


Xatırladaq ki, Faiq Sücəddinovun bəstəsi olan "Təkcə səni" mahnısını hər iki müğənni  ifa edib. Mahnı əvvəlcə Aygün Kazımovaya təqdim olunub. Müğənninin bir il davam edən sükutunun ardından, bəstəkar mahnını bu dəfə Röyaya etibar edib. Bundan xəbər tutan Aygün xanım isə dərhal mahnını oxumaqla onu gündəmə gətirib.


Daha sonra Röyanın "Təkcə səni"ni ekranlaşdırmağa hazırlaşdığını eşidən A.Kazımova bu dəfə də onu qabaqlamaq fikrinə düşüb. Dərhal klipmeyker Fuad Əlişovun komandasını bir araya toplayıb, bir gecənin içində kilp çəkdirib. Bəyan edib ki, klip çəkmək ideyası Fuada məxsusdur və o, xanım sənətçiyə bunu hədiyyə edib.


Röya isə tələsmir. O, Milli.Az xəbərlər portalına açıqlamasında bildirib ki, öz "Təkcə səni"ni  yaxın həftələrin birində ekranlaşdıracaq. Röya eyni zamanda, rəqibinin bir günə çəkdirdiyi klipi primitiv ekran işi adlandırıb: "Yerə pərdə atıb, klip çəkdirməyə nə var. Bu cür asan ssenari ilə mən həftədə iki klip çəkdirərəm. Mən primitiv bir ekran işi ərsəyə gətirməyəcəm. Mənim işim həmin müğənninin klipindən qat-qat yüksəkdə olacaq və fərqlənəcək".


Aygün Kazımovanın onun uğurlarını həzm edə bilmədiyini açıq şəkildə bəyan edən Röya öz cavabını həm sözü, həm də yaradıcılığı ilə verəcəyini deyib.


Xədicə

Milli.Az



Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница