16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Türkiyənin sevilən aktyoru yaxşılıq etdiyi adamdan ölüm təhdidi aldı

Türkiyənin sevilən aktyoru yaxşılıq etdiyi adamdan ölüm təhdidi aldı
Türkiyənin sevilən aktyoru Erdal Özyağcılar Beşiktaşda bir məkanda işləyən gəncə yardım etməsinin qarşılığını ölüm təhdidi ilə alıb.


Bununla əlaqədar ustad aktyor prokurorluğa müraciət edib.


Onun sözlərinə görə, O.T. adlı şəxsə maddi vəziyyətinin ağır olması ilə əlaqədar mütəmadi yardımlar edib. Ancaq bir müddətdən sonra kömək eləməyi dayandırıb. Bundan sonra O.T. pul tələb edib, almadıqda isə təhqirlərə keçib, ardınca da aktyora hədə-qorxu gələrək, onu öldürəcəyini deyib.


O.T. artıq saxlanılıb. Ona qarşı talama cəhdi və təhqirə görə ittiham aktı açılıb.


İstintaq çərçivəsində ifadəsi alınan O.T. içki düşkünü olduğunu, müalicə aldığını və dediklərini xatırlamadığını bildirib. O, həmçinin aktyordan üzr istəyib.
"Lazım gəlsə, ondan aldığım pulu qaytararam", - deyə O.T. bildirib.


O.T. yaxın günlərdə İstanbul Ağır Cəza Məhkəməsində hakim qarşısına çıxacaq.(oxu.az)


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница