16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Daha bir tiktoker saxlanıldı

Daha bir tiktoker saxlanıldı
"Roşka" ləqəbli ifaçı, tiktoker Rövşən Süleymanov saxlanılıb.
MAY.AZ "Qaynarinfo"ya istinadən xəbər verir ki, Rövşən Süleymanovun TikTok sosial şəbəkəsində canlı yayımda söyüş və təhqir səsləndirməsi barədə polis orqanlarına müraciət edilib. O bu hərəkətlərini "roshroshka", "barbie_ttl 11" və "Megafan" profili vasitəsi ilə edib.
Polis tiktokçunu saxlayıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati protokol tərtib edib. İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə aparılıb.
Məhkəmənin hakimi 28 mart tarixində polis tərəfindən tərtib edilmiş protokolun və eyni zamanda buna dair materialların 18-ci Polis Şöbəsinə geri qaytarılmasına dair qərar qəbul edib.
O, məhkəmə zalından çıxarkən hakimin qərarını əsas gətirərək, polisin ünvanına "yekə kişisən, ayıb olsun, başın xarab olub deyəsən, heç bir səbəb olmadan məni məhkəməyə gətirmisən" ifadələri işlədib. Polislər onu intizama dəvət etsə də, Rövşən protokol yazan polisin ünvanına məhkəmənin inzibati binasının dəhlizində nalayiq ifadələr işlədib.
Yenidən məhkəmə qarşısına çıxarılan Rövşən Süleymanov İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 20 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilib. Həbsetmənin əvvəli 28 mart 2023-cü il saat 20:00-dan hesablanıb.
Qeyd edək ki, sosial şəbəkələrdə "Roşka" ləqəbli ifaçı "No girl friend, no problem" adlı klipi ilə tanınıb.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница