22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası

"Bozbaş pictures"ə baxanda əsəbimdən partlayıram" - xalq artisti

"Bozbaş pictures"ə baxanda əsəbimdən partlayıram" - xalq artisti
"Bozbaş pictures"ə baxanda əsəbimdən partlayıram" - xalq artisti


Çoxdandır görünməyən xalq artisti Elmira Şabanova sükutu pozub.

MAY.AZ yenicag.az-a istinadən xəbər verir ki, aktrisa sənətdən, efirlərdən imtina etdiyini bildirib:

"Uzun müddətdir ki, nə efirlərə çıxıram, nə də yaradıcılıqla məşğul oluram. Hər şeydən imtina etmişəm, bunun da səbəbləri var. Azərbaycanda 30-dan artıq filmə çəkilmişəm, amma bu gün kinodan danışmağa dəyməz. Kino diriykən basdırılıb, mən də onun içində. Ortalığa düşüb, guya film çəkirlər. Amma nə düz-əməlli ssenarisi var, nə də rejissor işi. Danışanda da olursan pis, düşmən qazanırsan. Susursan, özünə ziyan edirsən, dözmək çətindir. "Bozbaş Pictures"in çəkdiklərinə baxanda əsəbimdən partlayıram. Eləcə də o biriləri. İstər Elməddin olsun, istər Fərda, ya başqaları. Nə qədər şit-şit gülmək olar? Belə bayağılıqla nə vaxta qədər gündəmə gəlmək olar? Məsələ burasındadır ki, onların çəkdiklərinə elə özləri gülür, camaat, tamaşaçı gülmür. Belə bayağı filmləri görəndə məcburam efirlərdən, tədbirlərdən, medyadan uzaq gəzim. Çünki səhhətimə ziyan vurmaq istəmirəm".

Aktrisa bu gün çəkilən seriallardan da narazılıq edib:

"Seriallar çəkilir, amma keyfiyyəti məni qane etmir. Heç vaxt o seriallara çəkilmərəm. Amma əsl kino çəkilsə və özümə layiq rol alsam, çəkilərəm. İranda, Türkiyədə səviyyəli filmlər çəkilir, dünyanın nüfuzlu festivallarına qatılır. Biz hələ də oturub gözləyirik".

"Bozbaş pictures"ə baxanda əsəbimdən partlayıram" - xalq artisti


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница