16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Fuad Poladovun ölüm xəbərini eşidən Rasim Balayevin ayaqları tutuldu

Fuad Poladovun ölüm xəbərini eşidən Rasim Balayevin ayaqları tutuldu
Fuad Poladovun ölüm xəbərini eşidən Rasim Balayevin ayaqları tutuldu


"Fuadın oğluna zəng etmişəm ki, gəlib məni aparsın. Bu xəbərdən sonra özümdə güc tapa bilmirəm ki, durub yanına gedim Fuadın. Ayaqlarım yer tutmur".

BAKU.WS-in məlumatına görə, bu sözləri kult.az-a xalq artisti Rasim Balayev yaxın dostu və səhnə yoldaşı, Xalq artisti Fuad Poladovun ölüm xəbəri ilə bağlı danışarkən deyib.

R.Balayev bildirib ki, xəbəri eşidəndən özünə gələ bilmir:

"Xəbəri eşidəndən oturduğum yerdən dura bilməmişəm. Ağrılarım da artdı. İynə vurdurdum ki, özümə gəlim. Oğluna zəng etdim ki, gəlib məni aparsın Fuadın yanına. Özümdə güc tapa bilmədim".

R.Balayev F.Poladovla sonuncu söhbətlərindən də danışıb:

"Biz həmişə tez-tez danışırdıq. Xəstəliyindən sonra da danışırdıq. Son 1-2 ay idi zənglərimə cavab vermirdi. Ancaq sonra mesajla yazdı ki, səsim batıb artıq, danışmaq istəmirəm. Mən də zəng etmirdim ki, incitməyim onu. Elə mesajla danışırdıq. Axırıncı dəfə 2-3 gün qabaq danışmışdıq. Görüşməyi isə qəbul etmirdi. Heç qohumlarını da evə buraxmırdı. İstəmirdi kimsə onu xəstə yatağında görsün.

Fuad, yerin həmişə görünüb, yenə də görünəcək. Allah sənə rəhmət etsin, dostum".

Qeyd edək ki, Azərbaycanın xalq artisti Fuad Poladov uzun sürən ağır xəstəlikdən sonra bu gün dünyasını dəyişib.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница