Среда
ноя 22

Talıb Tale Ülviyyə Alovlu ilə aralarında nə olduğuna aydınlıq gətirdi (VİDEO-MÜSAHİBƏ)

Talıb Tale Ülviyyə Alovlu ilə aralarında nə olduğuna aydınlıq gətirdi (VİDEO-MÜSAHİBƏ)


BAKU.WS məşhur müğənni Talıb Tale ilə müsahibəni təqdim edir:

-Kefiniz necədir?
-Pis deyil. Orta

- Maşın şou-dan sonra sizi sevənlərin sayı artdı. Siz bunun səbəbini nədə görürsünüz?
- İllərdir efirlərdə yox idim. Adımı, mahnılarımı eşidənlər var idi. Amma davranışımı biməyənlər var idi. Maşın şou da izlənilən veriliş idi və mən də orada səmimi bir oyun apardım.

- Xəbərlər yayılıb ki, toyun qiymətini qaldırmısız. Bu doğrudur?
- Bəzi şeylər istər-istəməz baş verir. Çünki tələbat çoxladıqca qiymət formalaşır.

-Toylara neçəyə gedirsiniz?
- 1 saatlıq toya 3000 manata gedirəm. Kiçik heyətlə gedirəm. Bütöv toya isə 5000-6000 manat arası.

- Damla ilə işbirliyiniz var... Sizi sevənləri hansı yeni layihələr gözləyir?
- Damla mənim repertuarımdan yeni mahnılar istəyir. Hələ ki, vaxt qalmayıb ona. Bu dəqiqə desəm ki, dəqiq bir layihə var, yalan olar.

- Aşıq Ələsgərin nəticəsi olduğunuz xəbərləri yayılıb... Bu barədə məlumatı özünüz verərdiniz izləyicilərimizə...
- Nəvəsinin nəvəsiyəm. Ulu babamdır.

-Maşın şouda İlkin Misgərli sizə qarşı çıxdı...
- İlkin mənə qarşı da özünə qarşı da səhv addım atdı. Bilmirəm İlkin Misgərlinin özünü görənlər ona nə deyir, amma mənə İlkin düz etmədi deyirlər.

- Şoudan sonra telefonunuz itmişdi. Necə oldu bu?
- Axırıncı dəfə dayanmışdıq. Sonuncu dəfə telefonu gətirdilər danışdım. O gedən getdi. Hələ də tapılmayıb. Polis də axtarır.

- Bəziləri deyir ki, Talıb Tale bayağı mahnılar oxuyur. Sizi Üzeyir Mehdizadə ilə eyni səviyyədə tuturlar. Siz nə düşünürsünüz?
- Bir şey deyim ki, hardasa müəyyən cəhətlər tapa bilərlər. Amma onun oxumaq tərzi ilə mənim oxumaq tərzim fərqlidir.

- Məhşur olandan sonra sizə ara müğənni deyənlərin sonradan sizə qarşı fikirləri dəyişdimi?
- Hə. Efirə çıxmağım üçün məndən pul istəyirdilər. İndi həmin adamlar məni çox təkidlə efirə dəvət edirlər.

- Bu vaxta qədər niyə ailə həyatı qurmamısınız?
- Vaxt var idi ki, çox tez ailə həyatı qurmaq istəyirdim. Hardasa 21 yaşlarımda. O da alınmadı. Sonra da o gözlə gördüyüm bir insan olmadı.

- Talıb Tale ilə Ülviyyə Alovlu arasında nə var?
- Onu özündən soruşmaq lazımdır. Bu yaxınlarda mənə bir SMS göndərmişdilər. Mənim nömrəmi istəyiblər. O da çox aqressiv cavab vermişdi ki, "Onu orda saxlayan mən olmuşam. Mən o nankor insan haqda danışmaq istəmirəm". Bilmirəm bu nə dərəcədə doğru idi. Amma mənə belə bir şey göndərmişdilər.

- Ekonomla uçursuz yoxsa biznes klassla?
- İndiyə qədər heç biznes klasla uçmamışam.

-Keçən dəfə qəzet yeyirdiniz. Nə məsələ idi?
- Danışım da o hadisəni sizə. Çox yuxusuz vəziyyətdə gecə konsertdən sonra gəldik dedik ki, yəqin təyyarədə yemək verərlər. Gördük ordan nəsə gətirirlər. Biz də həvəslə dedik ki, nəhayət axşam da yemək yeməmişik və gətirdilər qəzet. Uşaqlar başladı əsəblərinən qəzeti yeməyə. Mən də qoşuldum onlara. Dadına baxdıq.

- Geyimlərinizi Sədərəkdən aldığınız zamanlar olub?
- Əvəllər gedən vaxtlarım olub. Artıq yox getmirəm.

- Sonda nə demək istərdiniz?
- 14 fevralda konsertimiz olacaq. Anonslarına dekabr ayından başlanacaq Biletlərin satılma miqdarından aslı olaraq konsert 2 ya 3 gün də ola bilər.

Söhbətləşdi: Zümrüd Cavadova
Montaj: Çinarə Vahabzadə

Комментарии (0)

Оставить комментарий