16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Murad Dadaşov hər kəsə güldürməyə görə pul paylayacaq (VİDEO)

Murad Dadaşov hər kəsə güldürməyə görə pul paylayacaq (VİDEO)
Murad Dadaşov hər kəsə güldürməyə görə pul paylayacaq (VİDEO)


“M Group Production” - dan yumor hissi yüksək olan izləyicilərə şad xəbər!

“M Group Production” yeni layihəsinin onlayn seçim mərhələsini ELAN edir!

“Ağ Lama” yumoristik layihəsi zarafatı sevənlər üçündür. Layihəyə qatılmanın şərtləri çox asandır. “AğLama” yumoristik şousunun onlayn seçim mərhələsinə istənilən mövzuda stand up, monoloq, parodiya, mahnı və ya sadəcə səhnəciklər hazırlayaraq, həm tək, həm də duet şəklində qatılmaq mümkündür.

Əvvəla, iştirakçı yuxarıda sadalananlar arasından uyğun olan janrı 1 dəqiqəlik video şəklində tanıtım məqsədi ilə video@aglamashow.com mail ünvanına və ya 050 347 50 00 nömrəsinin Whatsapp xidmətinə göndərməlidir. Eyni zamanda iştirakçı ilə təkrar əlaqə saxlamaq üçün şəxsi koordinatlarını da qeyd etməlidir.

Əsas odur ki, videonun vaxtı 1 dəqiqədən artıq olmasın və orada iştirakçı özünü təqdim etməklə bərabər, həm də çıxışını tam şəkildə nümayiş etməyi bacarsın. Onlayn seçimdə məqsəd, ilk baxışdan iştirakçının performansını dəyərləndirməkdir. Videolar layihənin təşkilati heyəti tərəfindən müəyyən vaxt ərzində hərtərəfli incələnəcək, daha sonra nəticə barədə iştirakçıya şəxsən məlumat veriləcək. Onlayn seçim mərhələsinin müddəti dekabr ayının 10-dək nəzərdə tutulub.

“AğLama” yumoristik layihəsində yarışmanın şərtləri:

Layihənin hər buraxılışında seçim turundan keçən 5 iştirakçı çıxış edir. Ümumilikdə oyun 2 mərhələdən ibarətdir: İlkin mərhələ 5 iştirakçı ilə zalda olan tamaşaçılardan 5 nəfər arasında baş verir. Müəyyən məbləğdə pul uduşu və bu uduşu əldə etmək üçün vaxt təyin olunur. Qeyd edək ki, bizim ölçü vahidimizə görə 1 saniyə 1 Azn dəyərindədir. İştirakçı həmin məbləğə sahib olmaq üçün tamaşaçını güldürməyə çalışmalıdır. Buna nail olsa, məbləği o qazanır. Əks halda təyin olunmuş pul uduşunu tamaşaçı əldə edir və yerindəcə həmin məbləği götürür. İştirakçı qalib olduğu təqdirdə isə məbləğ şounun Uduş Fonduna yatrılır. Uduş Fondundakı vəsaitin miqdarı birinci mərhələdə qalib olan iştirakçıların sayından asılıdır.

İlkin mərhələdə iştirakçılar hamısı Uduş Fondundakı yatırım üçün komanda olaraq yarışırlarsa, ikinci mərhələdə artıq hər kəs yığılan məbləğ uğrunda tək şəkildə mübarizə aparır. Birinci mərhələdən keçən iştirakçılar növbəti mərhələdə artıq peşəkar münsiflərin qarşısında çıxış edirlər. Onlar iki nəfərdən ibarət təcrübəli münsiflər heyətini güldürməyə çalışır. Yarışmanın sonunda münsiflər kimin onları daha çox güldürdüyünə qərar verir. Qalib olan iştirakçı Uduş Fondunda olan məbləği əldə edir. Əgər qalib bir nəfərdən çoxdursa, o zaman bu pul uduşu onların arasında bərabər şəkildə bölünür.



Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница