
24
марта
2022
13:29
İspaniyanın Avroviziya mahnısı Ceylo üçün yazılıbmış

OLAY yazır ki, bu barədə mahnının müəllifi Arjen Thonen danışıb.
Sözləri kanadalı müğənni Maggie Szaboya məxsus olan mahnı Keyt Harris vasitəsilə ABŞ-a göndərilsə də, Cennifer Lopezdən heç bir cavab gəlməyib.
Daha sonra Keyt İspaniyanın Avroviziya üçün Ceylo üslubunda mahnı axtardıqlarını Arjenə bildirib. O da mahnını sözügedən ölkəyə təqdim edib. Arjen hələ də Şanellə tanış olmayıb. Onu beynəlxalq mahnı müsabiqəsinin keçiriləcəyi Turində görməyi ümid edir.