^
U

Əlikram Bayramov: “Arvadı boşayıb, başqasını alanda cəhənnəmə düşürsən”


"Arvadı boşayıb, başqasını alanda, adamın o dünyada cəzası cəhənnəmdir”.

May.Az-a bu sözləri Əlikram Bayramv deyib.

"İslamda deyilmir ki, arvadını boşa. Səmavi kitabımızda da yazılıb ki, əgər birinci arvad ikincini almağa icazə versə, evlənmək olar. Saxlaya bilirsənsə, dördünü al. Birinci arvadı boşayıb, ikincini alanda, sonra onu boşayıb, üçüncünü alırsan. Beləliklə də adamda vərdiş yaranır. Belə kişi də görmüşəm. Hərdəmxəyal olur, onu orda, bunu burda sevir. Birini boşayır, yenisini alır. Bəs qadınlar yazıq deyil? Qadınlar kişiklərdən çox vəfalıdır. Qadınlar ucadır, zirvədir, dağdır, onları endirmək olmaz. Kişi qadının axıtdığı göz yaşlarının cavabını axirətdə verəcək. Ona görə də heç bir kişi öz qadınını incitməməlidir. Kişi qadınını gözü yaşlı qoyub, başqası ilə evlənirsə, belə şeylər olmaz. Kişi gərək səhvi, yanlışı özündə axtarsın. Heç bir qadın pis və ya haqsız olmur. Həm də ki, hər xoşun gələn qadınla evlənmək olmaz” – deyə, müğənni bildirib:

"Deyirlər ki, bəzi kişi müğənnilərin iki, ya da üç arvadı var. Vallah, indi müğənnilər yalan olub. Fəhlədir, divara suvaq vurur, çörək pulunu zorla qazanır, amma iki arvad saxlayır. Müğənni qorxur ki, adı çıxar, xalqın gözündən düşər. Ustaların iki arvadı var. Biri var, Rufik adlı, iki arvad saxlayır”.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Şou-biznes Oxunub: 1 185 Tarix: 11-10-2016, 14:19
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az