16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Göz xəstələrinin sayı niyə artır?

Göz xəstələrinin sayı niyə artır?
"Bu gün Azərbaycanda oftalmologiya sahəsi çox inkişaf edib. Bütün göz xəstəliklərində olan cərrahi əməliyyatlar uğurla icra olunur. Bütün bunlara baxmayaraq, son zamanlar gözlə bağlı şikayətlər də çoxalıb".

BiG.AZ bildirir ki, bu barədə medicina.az-a Tibb elmləri doktoru, VitreoRetinal cərrah Dr. Tural Qəlbinur açıqlama verib.

"Ölkəmizdə ən çox yayılan diabet xəstəliyidir. Bu xəstəlikdə əgər kontrol olmazsa, bir çox fəsadlar törədir. Bunlardan biri də ilk olaraq gözdür. Yəni torlu qişadır, göz dibindədir. Əgər zamanında bu problemlər aşkarlanmazsa, gözdə korluğa qədər gedib çıxa bilir. Gənclərdə, yeniyetmələrdə, uşaqlarda görmə qüsurları geniş yayılıbdır. Bunun başlıca yaranma səbəblərindən biri genetik faktordur. Ailə üzvlərində hər hansı bir görmə qüsuru varsa, yəni valideyn eynək taxırsa, uşaqlarda da bu qüsurun ehtimalı yüksəkdir. Bunun səbəblərdən biri də qohum evlilikləridir. Bəzən ata-ana sağlam olsa da, qohum olduqları üçün övladlarında ciddi göz xəstəlikləri aşkarlanır. Bu səbəbdən də bu halla tez-tez qarşılaşırıq. Hazırda müasir texnologiyanın inkişafı ilə uşaqların mobil telefon, müxtəlif planşetlər və kompüterlərdən çox istifadə etməsi də təsir edir. Əslində, bu elmi baxımdan təsdiq edilməsə də, praktiki olaraq, təcrübəmizdə belə uşaqların görmə qüsurlarına daha çox rast gəlirik".

Həkimin sözlərinə görə, indi katarakt və qlaukoma xəstələrinin sayı daha da çoxalıb:

"İnsan ömrü nə qədər uzundursa əmələ gələ biləcək problemlər, xəstəliklər daha çox gösrənir. Bunlardan biri də mirvari suyu kimi bilinən katarakt xəstəliyidir. Bu halda katarakt cərrahiyyəsi tətbiq edilir. Bugünkü gün belə xəstələr daha çoxdur. Bundan başqa qara su kimi bilinən Qlaukoma xəstəliyi həddindən artıq çoxdur. Bu da müəyyən bir yaşlı nəsildə, bir qrup insanlarda daha çox rast gəlinir. Yaşla bağlı görmə mərkəzinin xəstəliyi bu dövrlərdə, 60 yaşdan sonra insanlarda daha çox rast gəlinir. Əgər vaxtında müalicə olunmazsa, ciddi görmə mərkəzinin korluğuna gətirib çıxarda bilər".

Həkim onu da qeyd edib ki, düzgün qidalanmamağın bütün orqanizmə ziyanı barədə hər kəs bilir. Lakin tütünün gözə olan zərəri də artıq təsdiqlənib.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница