• USD: 55.2987
  • EUR: 52.7379
  • BYN: 22.2952
  • KZT: 11.5957
  • UAH: 14.9780
  • TRY: 29.8581

Qulaq kiri. Yaranma səbəbləri və təmizlənmə üsulları

Qulaq kiri. Yaranma səbəbləri və təmizlənmə üsulları
Qulaq kiri. Yaranma səbəbləri və təmizlənmə üsulları


Eşitmə getdikcə zəifləyirsə, qulaqlarda uğultu, doluluq hissi yaranırsa, yanaşı olaraq baş gicəllənməsi, hətta baş ağrıları da olursa, bunun səbəbi qulaq kiri tıxacı ola bilər.

Tıxacın təmizlənməsi eşitmənin bərpası ilə bərabər digər əlamətlərin də aradan qalxmasına səbəb olur.

Qulaq kiri qulaq keçəcəyinin dərisindəki vəzlər tərəfindən ifraz olunan maddədir. Onun tərkibi bir qayda olaraq kükürd, toz hissəcikləri, ölmüş epitel hüceyrələri və dəri yağından təşkil olunur.

Qulaq kiri eşitmə orqanının normal fəaliyyəti üçün olduqca vacibdir, qulağın daxilinə bakteriya, virus, göbələk kimi mikroorqanizmlərin daxil olmasına əngəl olur, həmçinin ölmüş epitel hüceyrələrini xaric edir. Normal halda qulaq kirinin artığı toplanmış toz və çirk hissəciklərilə birlikdə çeynəmə və udma hərəkətləri hesabına təbii şəkildə qulaqdan xaric olur. Patoloji hallarda qulaq kiri bərkiyir və xarici qulaq keçəcəyində tıxac yaradır.

Tıxacın yaranma səbəbləri:

- Vəzlərin fəaliyyəti və kir ifrazının artması;

- Qulaq keçəcəyinin anatomik olaraq dar olması və ya qıvrımlığı;

- Qulaq keçəcəyi dərisinin qulaq çöpləri, eşitmə aparatı və ya qulaqcıqla zədələnməsi;

- Otit və sinusit kimi keçirilmiş xəstəliklər;

- Mütəmadi olaraq tozlu şəraitdə fəaliyyət;

- Qulaq təmizləyərkən kirin təbil pərdəsinə doğru itələnməsi

Qulaq tıxacının təmizlənməsi üçün LOR həkimə müraciət edilməlidir. Təbil pərdənin tamlığı pozulmayanda, xəstə qulağında tıxacın varlığına əmin olanda, otit və ya başqa iltihabi xəstəlik keçirməyəndə və şəkərli diabeti olmayanda onu ev şəraitində də təmizləmək mümkündür.

Qulaq kirini təmizləmək üsulları

- Əvvəlcə qulaqdakı tıxacı yumşaltmaq lazımdır. Axşam yatmazdan qabaq qulaq keçəcəyinə dolana qədər ilıq qliserin və ya bitki yağı tökülür və pambıqla bağlanır. Səhərədək tıxac tam yumşalır, pambıq çıxarılır və qulaq keçəcəyinə 20 ml-lik şprislə hidrogen-peroksid (perekis) vurulur. İynə şprisə taxılmamalıdır. Məhlulla birlikdə tıxacın hissəcikləri də xaric olunur. Tıxac tam xaric olmadıqda iki gündən sonra prosedur təkrarlana bilər. Əks halda həkimə üz tutmaq olar.

- Qulaq kirini yumşaltmaq üçün ilıq sarımsaq yağı istifadə oluna bilər. Onu hazırlamaq üçün 1 xörək qaşığı Fitooil Küncüt yağına xırda doğranmış və ya həvəngdəstədə əzilmiş yarım diş sarımsaq əlavə olunur, vam ocaqda sarımsaq hissəcikləri qızarana qədər qızdırılır. Yağ süzüldükdən sonra gündə üç dəfə 3-4 damcı qulağa damızdırılır.

Diqqət! Qulaq tıxacını qətiyyən saç sancağı, kibrit çöpü və ya başqa əşyalarla çıxarmaq olmaz! Onlar təbil pərdəsini və qulaq keçəcəyinin dərisini zədələyə bilər.

Maraqlı bilgilər

Göy balinalarda qulaq kiri həyat hadisələrini “qeydə alır”. Həmin proses bir qədər ağac gövdəsindəki illik halqalara bənzəyir. Balinaların qulaq kiri qidalanma, ətraf mühitin çirklənmə dərəcəsi və hormonal dəyişikliklər barədə məlumat verir.

Mənbə: Herba Flora jurnalı
Sağlam ol
Saqqal saxlamağın 7 faydası

Saqqal saxlamağın 7 faydası..

Mütəxəssilər bu qənaətə gəlib çatıblar ki, saqqal insanın üzünü günəşin ultra-bənövşəyi şüalarından...

Sağlam ol
Hər 1 saatdan bir 1 stəkan su için - İNANILMAZ NƏTİCƏ

Hər 1 saatdan bir 1 stəkan su için - İNANILMAZ NƏTİCƏ..

Alimlər hər 1 saatdan bir 1 stəkan su içməyi tövsiyə edirlər. Xüsusilə bu isti havada vacibdir. Bu sadə...

Sağlam ol
Qarpız zəhərlənməsindən necə qorunmaq olar?

Qarpız zəhərlənməsindən necə qorunmaq olar?..

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) "Qarpız zəhərlənməsindən necə qorunmaq olar?" adlı məqalə yayıb....

Sağlam ol
Xərçəngin bütün növlərinin müalicəsi üçün dərman yaradıldı

Xərçəngin bütün növlərinin müalicəsi üçün dərman..

Rusiyanın Elmi-Tədqiqat İnstitutunun professoru Andrey Simbirçev bəyan edib ki, rusiyalı alimlər xərçəng...

Sağlam ol
Fəsil dəyişikliyi orqanizmdə fəsadlar verə bilər

Fəsil dəyişikliyi orqanizmdə fəsadlar verə bilər..

Alimlər mövsümi dəyişikliklərin insan sağlamlığına təsirini araşdırır. Tədqiqatçılar qışda ürək...

Sağlam ol
Koronavirus təhlükəsinin sirri aşkara çıxarıldı: İnsan zülalı...

Koronavirus təhlükəsinin sirri aşkara çıxarıldı: İnsan..

Kembric Universitetinin alimləri koronavirusda insan zülalının bir hissəsi ilə identik olan əlavə...

Rəylər (0)