16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Ayaqla gəzmək qan şəkərini aşağı salır

Ayaqla gəzmək qan şəkərini aşağı salır
Bəzən insanlar yeməkdən sonra tez-tez gəzintiyə çıxırlar. Hətta bir çox pəhrizin əsas hissəsi məhz ayaqla gəzməkdən ibarətdir.


Axşam.az xəbər verir ki, ən çox da Aralıq dənizi pəhrizində bu yer alır. Sözügedən pəhriz diabet, yüksək xolesterin, ürək xəstəlikləri, insult və bəzi xərçəng növlərinin riskini azalda bilər, həmçinin sümükləri gücləndirir, beyin sağlamlığını yaxşılaşdırır, depressiyanın qarşısını alır.


İndi nahardan sonra gəzintiyə çıxmaq üçün başqa bir səbəb var; qan şəkərinizi azaltmaq. 2022-ci ildə edilən bir araşdırmaya görə, yeməkdən sonra iki-beş dəqiqəlik qısa bir gəzinti belə buna kömək edə bilər.


İrlandiyanın Limerick Universitetindən Aidan Buffey, yeməkdən sonra ayaqda durmağın da yaxşı ola biləcəyini, lakin gəzinti qədər yaxşı olmadığını söyləyib.


Gün ərzində və yeməkdən sonra fasilələrlə ayaqda durmaq, uzun müddət oturmaqla müqayisədə qlükozanı orta hesabla 9,51% azaldır. Bununla belə, gün ərzində fasilələrlə gəzinti uzun oturma ilə müqayisədə qlükozada orta hesabla 17,01% daha çox azalma yaradır.


Araşdırma nəticəsində ayaq üstə durma və yerimənin orqanizmdəki insulin və qan şəkəri səviyyələrinə təsirini müqayisə edən yeddi araşdırma təhlil edilib. Tədqiqatlarda iştirak edən insanlardan bütün gün ərzində hər 20-30 dəqiqədən bir iki-beş dəqiqə dayanmaq və ya gəzmək istənilib. İzlənilən yeddi araşdırma arasında müşahidə zamanı ümumi fəaliyyət müddəti təxminən 28 dəqiqə olub, ayaqda durmaq və yüngül gəzinti üçün fasilələr 2 ilə 5 dəqiqə davam edib.


Təhlillər qan şəkərinin səviyyəsinə gəldikdə ayaq üstə durmağın birbaşa divana getməkdən daha yaxşı olduğunu göstərib. Gəzinti bədəndə qlükozanı daha çox aşağı sala bilib.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница