16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

"Gülən fındığ"ın həyatverici keyfiyyətləri

"Gülən fındığ"ın həyatverici keyfiyyətləri
"Gülən fındığ"ın həyatverici keyfiyyətləri


Fıstıq haqqında ilk məlumatlar eramızdan əvvəl VII minillikdə Türkiyədə və Yaxın Şərq ölkələrində verilib. Onu Avropaya romalılar gətirib. O vaxt fıstıq əsasən İran, Suriya, İspaniya və Şimali Amerikada yetişdirilirdi. Keçən əsrin 30-cu illərində Amerikaya aparılandan sonra daha çox şöhrət qazanıb.

Elit.az istinadən bildirir ki, fıstıq Şərqin dəyərli bitkilərindən biridir, xüsusilə İranda onu zadəganlıq və tərəqqi simvolu sayırlar. Farslar üçün fıstıq pulu əvəz edirdi.

Qədim zamanlarda fıstıq ağacına "sehrli fındıq" adı verilmişdi. Tam açılmamış qabıqdan görünən çəyirdək gülümsəyən ağıza bənzədiyinə görə onu "gülən fındıq" da adlandırırlar.

Fıstıq ağacı erkək və dişi olur. Çəyirdəkli meyvəsini gecə vaxtı yığırlar, çünki gündüz yığılanda meyvələrin tərkibindəki efir yağları güclü baş ağrısı və sərxoşluq verir. Meyvəsinin içi yaşıl rəngdə olur, gözəl dad və iyə malikdir.

Fıstıq meyvəsi dondurma, tort, konfet və surroqat kofelərin tərkibinə qatılır. Kolbasa istehsalında, ətriyyat sənayesində və tibdə də geniş istifadə olunur.

Qida məhsulu kimi fıstıq yüksək kalorilidir və onun tərkibi bitki yağları, fol və amin turşuları, fosfor, maqnezium, sink və dəmir, həmçinin müxtəlif vitaminlərlə zəngindir.

Sinir toxumaları, ürək, qaraciyər və digər orqanların fəaliyyətini yaxşılaşdırır, hüceyrələrin böyüməsi və yenilənməsinə, qanda xolesterinin miqdarının azalmasına kömək edir, qırışları hamarlaşdırır. Ödqovucu keyfiyyətə malikdir, yuxusuzluq və yorğunluq zamanı faydalıdır, yaddaşı, qavrama qabiliyyətini və eşitməni gücləndirir. Siqaret və spirtli içkinin təsirini azaldır. Hər gün 30 qram fıstıq yemək ürək-damar xəstəlikləri riskini xeyli dərəcədə azaldır.

Fıstıqda xolesterin yoxdur və qanda olan xolesterinin səviyyəsini aşağı salır. Fıstıqda olan protein mal ətindən 2, fosfor isə 4 dəfə çoxdur. Ondan şəkərli diabetdə də istifadə olunur, çünki nazik bağırsaqda qlükozanın sorulmasını azaldır və qanda şəkərin səviyyəsini aşağı endirir. 100 qram fıstıqda 4 qram kəpək var və bu, buğda, düyü və kartofla müqayisədə 3 qram çoxdur.

Lakin fıstıqdan çox istifadə edəndə allergik reaksiya yaranır. Gün ərzində 100 qramdan çox fıstıq yemək müəyyən problemlər yarada bilər. Hamilə qadınların da ondan istifadə etməsi zərərlidir, tərkibindəki efir yağları saya əzələlərə tonuslandırıcı təsir göstərdiyinə görə vaxtından əvvəl düşüklərə səbəb ola bilər.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница