^
U

Baş epidemioloq: "Bundan xoflanmaq lazım deyil"


Azərbaycanda insanlar arasında qripə yoluxma halları olsa da, xəstələnmə halları epidemioloji həddi keçməyib.

Elit.az istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib.

O qeyd edib ki, ölkədə qriplə xəstələnmə halları az qeydə alınır: "Qrip bütün dünyada var, o cümlədən də Azərbaycanda. Amma ölkəmizdə nə qrip, nə də qripə bənzər xəstəliklərlə yoluxma epidemioloji həddi keçməyib. Əgər hər 1000 nəfərdən 10-u qripə yoluxubsa, bu, adi haldır. Bundan xoflanmaq lazım deyil. Bu xəstəliyin Azərbaycandan da çox yayıldığı ölkələr var".

Azərbaycanda yoluxucu xəstəliklərə qarşı mübarizə tədbirlərinin aparıldığını deyən baş epidemioloq əlavə edib ki, ölkəmizdə qriplə xəstələnmə epidemioloji həddi keçmədiyi üçün Səhiyyə Nazirliyi tərəfindən qripə qarşı peyvənd işi aparılmır və buna hazırda ehtiyac yoxdur: "Qripə qarşı peyvənd olunmaq istəyənlər özəl müəssisələrə müraciət edə bilərlər".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Sağlam ol Oxunub: 842 Tarix: 13-11-2017, 11:19
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az