16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Meymunçiçəyindən müdafiə yolu açıqlanıb

Meymunçiçəyindən müdafiə yolu açıqlanıb
Meymunçiçəyinə tutulmamaq üçün yad adamlara toxunmaqdan çəkinməli, özünüzü qorumalı və partnyorunuzdan infeksiyalar üçün yoxlanışdan keçməsini istəməlisiniz.
Bu barədə Moskva Fizika və Texnologiya İnstitutunun genom mühəndisliyi laboratoriyasının rəhbəri, virusoloq, tibb elmləri namizədi Pavel Volçkovun xəstəlikdən qorunma barədə tövsiyələrindən aydın olur.
"Bütün bunlar karantin tədbirləridir. Şərti olaraq, yad adamlara toxunmaq olmaz, tanışlarla isə ancaq onların sağlam olduğuna əmin olduğunuz halda təmas olar. Yalnız təhlükəsiz cinsi əlaqədə olunmalıdır. Cinsi partnyorun sağlamlığına əminlik olmalıdır. Ondan cinsi yolla, qan və bədən mayeləri vasitəsilə ötürülən infeksiyalar üçün test etməsini xahiş etmək daha yaxşıdır", - deyə Pavel Volçkov izah edib.
Onun sözlərinə görə, insan sağlam olmadığını kifayət qədər tez anlayır.
"Meymunçiçəyində gizli dövr o qədər də uzun deyil. Cəmi bir neçə gün davam edir", - deyə virusoloq əlavə edib.
Ekspert vurğulayıb ki, bu səbəbdən karantin və profilaktik tədbirlər infeksiyalardan qorunmağa kömək edəcək.
Xatırladaq ki, cari ilin may ayının əvvəllərindən meymunçiçəyi xəstəliyi bütün dünyada yayılmağa başlayıb. Yeni infeksiyaya yoluxma halları ABŞ, Böyük Britaniya, Almaniya, Avstraliya, Afrika, Macarıstan, Finlandiya və sair ölkələrdə qeydə alınıb.(oxu.az)


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница