16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Quru göz xəstəliyinin əlamətləri MƏLUM OLDU

Quru göz xəstəliyinin əlamətləri MƏLUM OLDU

Göz quruluğunun səbəbi gözyaşı miqdarının və keyfiyyətinin yaxşı olmamasıdır. Gözlərdə batma hissi ilə özünü göstərən bu xəstəlik, kornea səthində problem olması və gözqapağı funksiyalarının pis işləməsi nəticəsində yaranır. Göz quruluğu olaraq adlandırılan , tibdəki adı ilə "quru göz xəstəliyi" gözyaşının gözqırpma ilə parçalana bilməməsi və keyfiyyətinin aşağı olması nəticəsində yaranır. Göz yaşlarının gözqoruma funksiyasının yox olması ilə gözlər infeksiyaya daha həssas olur. Bu səbəblə göz yaşını qorumaq və gözü nəmli tutmaq vacibdir.
40 yaşından yuxarı qadınlarda və havanın çirkli olduğu şəhərlərdə daha çox görülən quru göz xəstəliyi hər kəsdə eyni əlamətləri ilə özünü göstərmir. Səhərlər gözlərdə yaranan qaşıntı, yanma, gözdə batma hissi ən çox baş verən simptomlardır. Müalicə edilmədiyi zaman göz Sağlamlığına zərər verir.
BiG.AZ tibbi saytlara istinadla bildirir ki, antidepresantların istifadəsi, yuxu dərmanları və ya spirtli içkilər quru göz xəstəliyinin yaranma səbəblərindəndir. Kondisioner, güclü külək və ya siqaret tüstüsü də gözlərin qurumasına səbəb ola bilər. Normadan artıq kompüterdən istifadə də gözqırpma refleksinin azalmasına səbəb olur. Eyni zamanda göz qapaqlarında və kirpiklərdə yaranan xəstəliklər, göz yaşının azalması quru göz xəstəliyini sürətləndirir. Quru göz xəstəliyinin müalicəsində əvvəlcə xəstəliyə səbəb olan amillər dəqiq müəyyən edilməli, göz yaşının miqdarı ölçülməlidir. Əgər quru göz probleminiz varsa mütəxəssisə müraciət etməniz vacibdir.
Sağlam gözlərinizi qorumaq üçün bol su içmək, düzgün yuxu rejiminə riayət etmək və keyfiyyətli günəş eynəyindən istifadə etməniz tövsiyə olunur./Publika.az


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница