16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Həftədə 3 dəfə qarabaşaq yeməyin 7 faydası – Bu xəstəliklərdə müalicədir

Həftədə 3 dəfə qarabaşaq yeməyin 7 faydası – Bu xəstəliklərdə müalicədir
Qarabaşaq ( qreçka) yarmaların şahıdır. Hələ ki, genetim dəyişikliyə uğramayıb, ekoloji təmizdir, kimyəvi tərkibi yoxdur. Ondan bişirən sıyıq, şorba, hətta sadəcə suda isladıb yemək çox xəstəliklərdə müalicəvi təsir edir.
Mütəxəssislər həftədə 3 dəfə qarabaşaq sıyığı, yəni sadəcə suda bişmişini yeməyi tövsiyyə edir.
Medicina.az qarabaşağın orqanizmə 7 faydasını təqdim edir:
1.Qanda şəkəri salır
Qarabaşaq çox aşağı qlikemik indeksə malikdir və şəkər xəstələri üçün əvəzsizdir. Nəinki şəkər xəstələri, eləcə də çox şirniyyat yeyənlər də qarabaşaq qəbul etməlidir ki, diabet olmasınlar.
2. Damarları möhkəmləndirir
Qarabaşaqda olan rutin damarları möhkəmlədir, qan dövranını yaxşılaşdırır. Ona görə qarabaşağı əməliyyat keçirmiş xəstələrə, hamilələrə tövsiyyə edirlər. Qanda xolesterini azaldır.
3.Həzmi normallaşdırır
Tərkibində olan zülal və nişasta qəbizlik və meteorizmdən xilas edir, nikotin turşusu metobolizmi normallaşdırır, piy, yağ, karbohidrat sintezini sürətləndirir.
4.Bağırsaq xərçənginə qarşıdır
Qarabaşaq bağırsaqları sağlam saxlayır, onları təmizləyir, toksinləşməyə qoymur.
5.Dəri, saçlar və dırnaqları möhkəmlədir
Sink, A –B vitamini dırnaq, saçları bərpa edir, parladır. Kalsium isə dişləri, sümükləri bərkidir. Rutin təbii gündənqorunma funksiyasını yerinə yetirir.
6. Sakitləşdirir, əhvalı qaldırır
Depressiya, nevroz, əsəbilikdə psixoloji vəziyyəti düzəltmək, sakitləşmək üçün tez-tez qarabaşaq yemək lazımdır. Qorxulu kabus yuxuları görənlərə də kömək edir.
7.Arıqladır
100 qram suda bişmiş qarabaşaqda cəmi 110 kkal vardır. Bu kifətdir ki, uzun müddət tox və enerjili qalasız. Qarabaşaq sidikqovucudur, bədəndə maye yığılmasına qarşıdır. Səhərlər qarabaşaq sıyığı yeməklə, 10 kq çəki ata bilərsiz.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница