16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Baş infeksionistdən XƏBƏRDARLIQ: "Bu, yoluxmanı artıracaq"

Baş infeksionistdən XƏBƏRDARLIQ: "Bu, yoluxmanı artıracaq"
Əyani tədrisin bərpa olunması insanlar arasında təmasları xeyli artırıb. Belə bir şəraitdə hava-damcı infeksiyalarının yayılması üçün münbit şərait yaranır. İnsanlar arasında təmaslar təkcə təhsil müəssisələrində deyil, eyni zamanda kənarda da artıb. Bu, xüsusən iri şəhərlərdə daha qabarıq gözə çarpır.
Bu sözləri Publika.az-a Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.
Mütəxəssis bildirib ki, havaların soyuması da yoluxmaların sayına təsir edəcək:
"Digər faktoru da unutmaq olmaz. Bu, fəsil dəyişməsi, havaların soyuması ilə əlaqədar insanların daha çox qapalı məkanlarda toplanmasıdır. Beləliklə, narahatlığımız əsassız deyil. Hazırda əhali tərəfindən qoruyucu qaydalara düzgün və kütləvi əməl olunması çox önəm daşıyır. Təhsilin pandemiya dövründə aparılması qaydaları ciddi gözlənilməlidir. Müəllim heyətinin və tələbələrin vaksinasiya olunması yoluxma hallarının artmasını əngəlləyəcək əsas faktordur. Məktəblilər və tələbələr arasında koronaviruslu xəstələr aşkarlandıqda təhsil müəssisəsində yoluxma hallarının sayından və əhatəsindən asılı olaraq bir çox hallarda tam bağlanmaya getmədən ayrı-ayrı şagird və ya tələbəni, qrupu və s. təcrid etməklə prosesi nəzarətdə saxlamaq mümkündür. Ölkəmizdə vaksinasiya prosesi davam edir, onun həyatımıza pozitiv təsirləri göz qabağındadır, lakin biz hələ ki, qoyulan hədəflərə çatmamışıq".


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница