16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Uşaqlarda koronavirusun qorxunc nəticələri müəyyən edildi

Uşaqlarda koronavirusun qorxunc nəticələri müəyyən edildi
Uşaqlarda koronavirusun qorxunc nəticələri müəyyən edildi


Uşaqlarda koronavirusun təhlükəli nəticələri idrak funksiyalarında azalma ilə yanaşı, gələcək nəsillər üçün aşağı nəsilvermədə özünü göstərə bilər.

MAY.AZ "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Pediatrlar Şurasının İcra Komitəsinin rəhbəri Leyla Namazova-Baranova xəbərdarlıq edib.

Onun sözlərinə görə, COVID-19-dan sağalan uşaqların müayinəsi zamanı onların 30 faizində bədənin idrak funksiyalarında azalma olduğu aşkarlanıb. Bu baxımdan həkim, hər hansı bir formada koronavirus infeksiyası keçirmiş uşaqların daha diqqətlə izlənilməsinə çağırış edib.

Həkim xəstəliyin nəticələrinin uroloqlarla birlikdə öyrənildiyini vurğulayıb. Onun sözlərinə görə, koronavirus infeksiyası keçirən oğlanların spermatogenezində ciddi dəyişiklik baş verir.

"Bu, gələcək nəsillərin aşağı fertilliyi (nəsilvermə) ilə bağlı problemlərə gətirə bilər", - deyə L.Namazova-Baranova xəbərdarlıq edib.

Qeyd edək ki, bundan əvvəl "Rospotrebnadzor"dan (Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) məktəblilərin aktiv koronavirus daşıyıcısı olmadığı bildirilmişdi. Qurumdan vurğulanmışdı ki, böyüklər uşaqlardan deyil, uşaqlar böyüklərdən yoluxur. /Oxu.az

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница