16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

"COVİD 19" pasportu uçuşlar bərpa olunduqdan sonra tətbiq oluna bilər

"COVİD 19" pasportu uçuşlar bərpa olunduqdan sonra tətbiq oluna bilər
"COVİD 19" pasportu uçuşlar bərpa olunduqdan sonra tətbiq oluna bilər


"COVİD 19" pasportu uçuşlar bərpa olunduqdan sonra tətbiq oluna bilər.

MAY.AZ bildirir ki, bunu Trend-ə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva deyib.

Onun sözlərinə görə, "COVİD 19" pasportunun Azərbaycanda tətbiqi məsələsi uçuşlar bərpa olunduqdan sonra müzakirə olunacaq:

"İndidən bu sistemin tətbiqi ilə bağlı danışmaq tezdir. Hələ ki, sərhədlərin müvəqqəti olaraq bağlanması və beynəlxalq uçuşların təxirə salınması müddəti iyunun 15-dək uzadılıb. "COVİD 19" pasportu ilə bağlı müzakirələr aparıldıqdan sonra ictimaiyyətə geniş məlumat veriləcək".

Qeyd edək ki, "COVİD 19" pasportu beynəlxalq təcrübədə tətbiq olunan bir sistemdir. Avropada ilk olaraq bu sistemdən istifadəni Xorvatiyanın baş naziri Gari Cappelli təklif edib.

"COVİD 19" pasportunda koronavirus testinin nəticəsi, keçirilmə tarixi və sağlamlıq haqqında arayış qeyd olunması nəzərdə tutulur. İnsanların bu pasportdan səyahət zamanı istifadə etmələri planlaşdırılır.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница