16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Ayaq yorğunluğunun qarşısını alan 5 SADƏ ÜSUL

Ayaq yorğunluğunun qarşısını alan 5 SADƏ ÜSUL
Ayaq yorğunluğunun qarşısını alan 5 SADƏ ÜSUL


Ayaqlar bədənin ən çox yük düşən hissəsidir. Ona görə də gərginlik, sıx iş qrafiki, yorulma və bir çox narahatlıqlar səbəbindən ən çox ağrıyan məhz ayaqlar olur. Bəs ayaq yorğunluğundan necə xilas olaq?

MAY.AZ ayaq ağrılarının qarşısını almağın 5 yolu ilə sizi tanış edir.

1. İlk növbədə onu bildirək ki, ayaqların sağlam olmaması başqa xəstəliklərə də yol aça bilər. Ayaqlarınızın sağlamlığına təmin etmək üçün ağız qarqarası üsulundan istifadə edin. Bir ləyən suyun içinə 1-2 qapaq ağız qarqarası töküb ayaqlarınızı bu suda saxlayın.

2. Rahat bir yerə oturaraq, ayaqlarınızı isti su dolu vannanın içinə salın. Dincəldiyinizi və ağrılarınızın yüngülləşdiyini hiss edəcəksiniz.

3. Ayaq ağrılarına qarşı daha bir üsul: ayaq və baldırlarınızı nəmləndirici losyonla masaj edin. Edəcəyiniz masaj ağrıyan yerdə qan dövranını sürətləndirəcək və ağrıların qarşısını alacaq.

4. Ayaqlarınız və ayaq dabanlarınızı istirahət etdirmək üçün məşq edə bilərsiniz.

5. 4 stəkan suyun içinə 8 yemək qaşığı kəklikotu tökün. Bu qarışımı qaynatdıqdan sonra ayaqlarınızı həmin su ilə ovuşdurun. Ağrılarınız keçəcək.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница