Среда
апр 01

Çində koronavirusa yeni yoluxma halları qeydə alınıb

Çində koronavirusa yeni yoluxma halları qeydə alınıb


Çində son sutka ərzində yeni növ koronavirusa yoluxanların sayı 36 nəfər artıb, bunlardan 35-i “gətirilmiş” hallardır.

“Report” TASS-a istinadən xəbər verir ki, Çinin Səhiyyə İşləri Dövlət Komitəsindən ölənlərin sayının 7 nəfər artaraq 186-ya çatdığı bildirilib.

Qeyd olunub ki, martın 31-i saat 00:00-a olan məlumata görə, Çində virusa yoluxanların ümumi sayı 81 554 nəfərə çatıb, xəstələrdən 76 238 nəfər müalicə olunaraq xəstəxanalardan evə buraxılıb, 3 312 ölüm hadisəsi qeydə alınıb.

Hubey əyalətində son sutka ərzində yalnız bir yeni yoluxma hadisəsi qeydə alınıb ki, bu da “gətirilmə”dir. Virusun yayılma mərkəzi olan Uhanda 6 nəfər ölüb, 173 nəfər sağalıb.
Daha 1 ölüm halı Şanxayda qeydə alınıb.

Комментарии (0)

Оставить комментарий