16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

2026-cı ildə təqdim ediləcək "iPhone" modelinin xüsusiyyətləri

2026-cı ildə təqdim ediləcək "iPhone" modelinin xüsusiyyətləri

Gələcəkdə istehsal ediləcək "iPhone 18" iki nanometrlik çip və 12 GB operativ yaddaşla təchiz olunacaq.

Oxu.Az bu barədə Gazeta.ru-ia istinadən xəbər verir.

Məlumata görə, "Apple" 2026-cı ildə TSMC-nin 2 nanometrlik texnoloji prosesi ilə hazırlanmış A20 çipli "iPhone 18"i təqdim edəcək. Yeni model cari "InFo" texnologiyasını əvəz edəcək WMCM texnologiyası ilə hazırlanmış çiplə təchiz olunacaq. Bu, CPU, GPU və çipsetin digər komponentləri arasında daha yüksək çeviklik və əlaqənin optimallaşdırılmasını təmin edəcək.

Bundan əlavə, smartfonun operativ yaddaşının 8 GB-dan 12 GB-a qədər artırılacağı bildirilir.

Analitik Ming-Çi Kuo qeyd edir ki, iki nanometrlik texnoloji prosesi ilə hazırlanmış çiplər yüksək qiymətinə görə yalnız "iPhone 18"in "Pro" versiyalarında istifadə olunacaq. TSMC-nin bu cür çiplərin kütləvi istehsalına 2025-ci ilin sonunda başlayacağı və "Apple"ın onları əldə edən ilk şirkət olacağı gözlənilir.

"iPhone 16" və "16 Pro" modelləri üç nanometrlik texnoloji proseslə hazırlanmış "Apple A18" və "A18 Pro" çipləri ilə təchiz olunublar. Hazırda "Android" smartfonları üçün üç nanometrlik texnologiya ilə yaradılmış yeganə çip "MediaTek Dimensity 9400"dür.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница