16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

İcbari tibbi sığortada xidmətlər zərfinə nələr daxil olacaq? - AÇIQLAMA

İcbari tibbi sığortada xidmətlər zərfinə nələr daxil olacaq? - AÇIQLAMA
İcbari tibbi sığortada xidmətlər zərfinə nələr daxil olacaq? - AÇIQLAMA


"İcbari tibbi sığorta çərçivəsində sığortaolunanların tibbi xidmətlərdən istifadə şərtləri xidmətlər zərfi, ilkin səhiyyə xidmətlərdən istifadə şərtləri isə təhkimolunma qaydaları ilə tənzimlənəcək".

MAY.AZ xəbər verir ki, bunu Modern.az-ın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) mətbuat xidmətindən bildiriblər.

Rəsmi məlumata görə, sözügedən sənəd hazırda müvafiq qurumlarla razılaşdırılma mərhələsindədir:

"Xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin adları, tarifləri, azadolma məbləği və bu xidmətlərdən istifadə şərtləri təsdiq olunduqdan sonra bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək".

Agentlikdən həmçinin bildirilib ki, "Tibbi sığorta haqqında" Qanunun 15-4.1.2-ci maddəsinə əsasən sığortaolunanın Azərbaycan Respublikasında dövlət səhiyyə sisteminə daxil olan və icbari tibbi sığortanın tətbiq olunduğu tibb təchizatçısını və ya tibbi ərazi bölməsini seçmək hüququ var:

"Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən, pasiyentin təxirəsalınmaz tibbi yardım göstərilməsi halları istisna olmaqla həkimin öz razılığı ilə həkimi, o cümlədən müalicə həkimini və müalicə-profilaktika müəssisəsini seçmək hüququ var".

Qeyd edək ki, icbari tibbi sığortanın ölkə üzrə tətbiqinə 1 yanvar 2020-ci ildən başlanılacaq.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница