16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

İdman çantasında narkotik keçirmək istəyərkən saxlanıldı

İdman çantasında narkotik keçirmək istəyərkən saxlanıldı
İdman çantasında narkotik keçirmək istəyərkən saxlanıldı


Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İran İslam Respublikasından ölkəmizə piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı Biləsuvar gömrük postunda saxlanılıb.

Dövlət Gömrük Komitəsindən MAY.AZ-a verilən məlumata görə, vətəndaşa məxsus idman çantasının yoxlanılması zamanı çantanın içərisindəki şəxsi əşyalarının yanında, gömrük nəzarətinə bəyan olunmayan, üzərində "Coolack" yazılan 0,5 litrlik plastik qabda 360 ml həcmində təsiredici maddəsi tropikamid olan məhlul, 1 ədəd üzərində heç bir göstərici olmayan plastik qabda 120 ml həcmində metadon məhlulu və 5 ədəd plastik flakonda üzərində "Mydrax 1%" sözləri yazılan təsiredici maddəsi tropikamid olan dərman preparatı aşkar olunub.

Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin"in II Siyahısına, tropikamid isə "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir.

360 ml həcmindəki məhlulun tərkibində tropikamidin təsiredici maddəsinin miqdarı 3,6 qram, 120 ml məhlulda metadonun quru maddəsinin təmiz çəkisi 0,12 qram və 5 ədəd flakondakı məhlulun tərkibində tropikamidin təsiredici maddəsinin ümumi miqdarı 0,025 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница