16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

“Rəqs edən milyonçu” Bakıda

“Rəqs edən milyonçu” Bakıda
“Rəqs edən milyonçu” Bakıda


Sosial şəbəkədə "rəqs edən milyonçu” kimi məşhurlaşan, 8 milyondan çox izləyicisi olan, videoları sosial şəbəkələrdə rekord sayda izlənilən tanınmış Canluka Vakki artıq Bakıdadır.

BAKU.WS İstiPress-ə istinadən xəbər verir ki, öz di-cey (DJ) proqramı ilə Bakı Şopinq Festivalının xüsusi qonağı kimi Bakıya gələn Vakki "Elektra Hall" səhnəsində çıxış edəcək.

Bakı Şopinq Festivalı aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçiriləcək. Festival ilk dəfə bu il keçirilir və əsas məqsədi ölkədə turizmin, sahibkarlığın inkişafına nail olmaqdır. Tədbirlə əlaqədar olaraq, Azərbaycana müxtəlif ölkələrdən çoxlu sayda turist axını gözlənilir.

Festival iştirakçılarının (sahibkarların) xüsusi "Tax Free” nişanları olan ticarət obyektlərində, ƏDV qaytarılması üsulu tətbiq ediləcək, bununla da alış-veriş daha da sərfəli və cəlbedici olacaq. ƏDV qaytarılması qaydasından xarici turistlərlə yanaşı, yerli sakinlər də faydalana biləcəklər.

Festival zamanı çoxlu sayda əyləncəli tədbirlər – konsertlər, fləşmoblar, modalar, teatr və kino nümayişi, bir çox sürprizlər, uduşlar və hədiyyələr nəzərdə tutulur.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница