16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Zəfər Günü iş olmayacaq

Zəfər Günü iş olmayacaq
Dekabrın 7-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin onlayn formatda iclası keçirilib.
MAY.AZ xəbər verir ki, onlayn iclasda əvvəlcə "Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsi müzakirə edilib.
Komitə sədri Musa Quliyev bildirib ki, Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər ölkə başçısının 2 dekabr 2020-ci il tarixli "Azərbaycan Respublikasında Anım gününün təsis edilməsi haqqında" və 3 dekabr 2020-ci il tarixli "Azərbaycan Respublikasında Zəfər gününün təsis edilməsi haqqında" Sərəncamlarından irəli gəlib. Layihəyə əsasən Əmək Məcəlləsinin 105-ci maddəsində nəzərdə tutulan bayram günlərinin siyahısına 8 noyabr -Zəfər günü də əlavə edilir və qeyri-iş günü olan bayram günlərinə aid edilir.
Digər bir dəyişikliklə isə Məcəlləyə yeni - 106.1-ci maddə əlavə edilir: "Hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altındakı torpaqlarının azad edilməsi uğrunda həlak olan şəhidlərin xatirəsini yad etmə günü - "Azərbaycan Respublikasında Anım günü"dür. Həmin gün iş günü hesab edilir.
Qanun layihəsi yekdilliklə Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə edilib.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница